HƏMAS-ın İsrailə qarşı başlatdığı “Əqsa tufanı” əməliyyatından sonra əsas diqqətlər bu hücumun arxasında duran qüvvələrə və adlara yönəlib.
“AzPolitika.info” xarici mətbuata istinadla xəbər verir ki, İsrailə hücum HƏMAS-ın hərbi qanadı - İzzəddin əl-Qəssam Briqadaları tərəfindən başladılıb.
Britaniyanın “Financial Times” qəzeti minlərlə insanın həyatını itirdiyi əməliyyatın başında duran şəxsin HƏMAS-ın hərbi qanadının rəhbəri “qonaq” ləqəbli fələstinli Mohammed Deif olduğunu bildirib.

“Qonaq: İsrailə qarşı ölümcül hücumun arxasındakı memar” başlıqlı xəbərdə Deifin İsrail kəşfiyyatı tərəfindən tutulmamaq üçün hər gecə fərqli bir fələstinlinin evində qaldığı, “qonaq” ləqəbinin məhz buradan gəldiyi qeyd olunur.
Məlumata görə, Deİf təxminən 20 il əvvəl İsrailin Qəzzaya yönələn hava hücumları zamanı ölümdən son anda xilas olub, bu zaman qolunu və ayağını itirdiyi, onun HƏMAS və fələstinlilər arasında böyük hörmət sahibi olduğu vurğulanır.

Deiflə bağlı açıqlama verən şəxslər onun Fələstində tənha bir yerdə yaşadığını və sakit təbiətli bir insan olduğunu bildiriblər. Eyni zamanda, onun Qəzzanın altındakı tunellərin tikintisinin memarı olduğu və on illərdir davam edən işləri idarə etdiyi ifadə edilib.
“Financial Times” qəzetinə danışan fələstinli professor Mkhaimar Abusada deyib: "Bu hücumdan əvvəl Deyf az qala müqəddəs bir insan idi və həm HƏMAS, həm də fələstinlilər ona hörmət edirdi".Fələstinli professor son əməliyyatla "Qonağ"ın hörmətinin artacağını bildirib.
Fələstinli bir silahlı səs yazısında İsraili hədələyib. Mesajda bildirilib ki, Qəzza zolağına hakim olan HƏMAS-ın tələblərinə qulaq asmasalar, İsrail "ağır bir bədəl ödəyəcək".
Mesaj HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadalarının tutulmaz lideri Məhəmməd Deyfə aid olub. İsrailin ən çox axtarılan adamlarından biri olan Deyf 7 illik səssizliyini bu mesaj ilə pozub.
İsrailin ölüm siyahısında adı birinci olan Deyf hələ ələ keçməyib. Amerikanın “New York Times” qəzetinə danışan İsrail Ordusunun sözçüsü Hidai Zilberman deyib ki, əməliyyat boyu Məhəmməd Deyfi zərərsizləşdirməyə çalışıblar.
“AzPolitika.info”

Şərhlər