Oktyabrın 7-də İsrailə qəfil hücum edən HƏMAS-ın yüksək vəzifəli şəxsləri ilə bağlı ölüm əmri verilib.

“AzPolitika.info” Böyük Britaniya mətbuatına istinadla xəbər verir ki, İsrailin hədəfində HƏMAS-ın 4 yüksək rütbəli üzvü var.

Həmin şəxslər bunlardır - İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə, HƏMAS lideri İsmayıl Haniyə, Qəzzadakı HƏMAS rəsmisi Yəhya Sinvar və İzzəddin əl-Qəssam Briqadalarının lideri Məhəmməd Deif.

Məlumata görə, İsrail adıçəkilən şəxslərin zərərsizləşdirilməsi üçün artıq hərəkətə keçib. O da bildirilib ki, HƏMAS-ın yüksək rütbəli üzvləri hazırda müxtəlif ölkələrdə yaşayırlar.  Məsələn, İsrailin hədəfindəki birinci ad - HƏMAS lideri İsmayıl Haniyə hazırda Qətərin paytaxtı Dohaya yaxın bir bölgədə yaşayır. 

Qeyd olunur ki, İsrail ölüm qruplarının digər hədəfi - Qəzzada HƏMAS-ın lideri Yəhya Sinvar sözügedən hücumun komandiridir. Sinvar HƏMAS-da Haniyədən sonra ən güclü şəxs kimi tanınır.


İsrailin üçüncü hədəfi isə hücumların arxasında duran və əsas "beyin" hesab olunan “qonaq” ləqəbli Məhəmməd Deifdir. İsrailə hücum strategiyasınının Deif tərəfindən hazırlandığı bildirilib.

Siyahıdakı sonuncu ad isə İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydədir.

“AzPolitika.info”