Danimarka F-16 qırıcılarının ilk partiyasını 2024-cü ilin yazında Ukraynaya göndərəcək.
"AzPolitika.info" UNİAN-a istinadla xəbər verir ki, bu barədə çərşənbə günü Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib.
"Biz gözləyirik ki, mart-aprel aylarında döyüş təyyarələrinin ilk partiyasını Ukraynaya köçürə biləcəyik. Ancaq hələ də çox işləməliyik ki, ukraynalılar onları idarə edə bilsin", - deyə nəşr nazirin sözlərindən sitat gətirir.
Qeyd olunur ki, ABŞ da daxil olmaqla bir neçə NATO müttəfiqi ukraynalı pilotların təlimində iştirak edəcəklərini açıqlayıb. Hollandiya və Norveç də F-16 təyyarələrini Kiyevə təhvil verəcəklərini vəd ediblər.
Rüfət
AzPolitika.info


Şərhlər