Menu

Rusiya hərbi gəmiləri Bakı limanını tərk edib

12.10.2023, 15:50
Rusiya hərbi gəmiləri Bakı limanını tərk edib

Ölkəmizdə qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının hər iki hərbi gəmisi oktyabrın 12-də Bakı limanını tərk edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, səfər müddətində gəmi heyətləri üçün mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil edilib, həmçinin hərbi dənizçilərin kəndir dartma və futbol üzrə yoldaşlıq görüşü keçirilib.

Şərhlər

Əli 2023-10-12 18:44:33

Özləri ilə nə apardılar ?
Yəqin ki, əliboş getməyiblər .............

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol