Menu

Ermənistan mətbuatının kumirini ağladan nədir? – SÖZARDI

14.10.2023, 21:15
Ermənistan mətbuatının kumirini ağladan nədir? – SÖZARDI

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəməsi keçirilib.

Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vaqif Xaçaturyan birdən-birə ağlamağa başlayıb.

Belə bir ifadə var: "Timsah göz yaşları". Meşəli qatili Vaqif Xaçaturyan məhkəmədə ağlayarkən, sosial mediadakı hər kəs onunla bağlı bu ifadəni paylaşdı. Bəs əslində timsah nədən ağlayır? Belə ki, timsah öz ovunu yeyərkən, onun ətində duz çoxdursa, avtomatik olaraq, timsahın orqanizmi reaksiya verir və artıq duzlar göz yaşı ilə axıb vücudundan çıxır. Vaqif Xaçaturyan da o qədər günahsız insanın haqqını yeyib ki, vicdanı olmasa da, bədəni artıq qəbul etmir, yediyi haqlar göz yaşı ilə tökülür. Amma bu şərəfsizi bağışlamaq olmaz. Vicdanı olsaydı, məhkəməyə gəlməmişdən özünü asardı.

Ancaq bu mənim müəllif fkrimdir və millətçiliklə də əlaqəsi yoxdur - onun yerində günahsız insanlara işgəncə verən azərbaycanlı da olsaydı, eyni sözləri yazardım...

Ən maraqlı epizod, Xaçaturyanın işgəncə verdiyi insanlardan birinin ona yaxınlaşıb “Vaqif, məni tanıdın?” deyə sual etməsi oldu.

Həmin an Vaqif duruxdu, göz yaşları da dayandı. Vaqif – timsah ovlarından birinin onun dişlərindən sağ çıxdığını gördü. O an nə hislər keçirdiyini təxmin etmək elə də çətin olmaz. Çox güman ki, “Kaş, səni o vaxt öldürərdim” deyə düşünüb.

Bu gün erməni mətbuatı və Las-Veqasdakı kazino sahiblərinin puluyla “oktava” qaldıran hüquq müdafiəçiləri nə qədər insan hüquqlarından dəm vursa da, yenə də bütün oxlar Vaqif, David və Araikin əzab verdiyi insanların hüququna dayanır.

Avropa təşkilatları nə qədər ikili standart tərəfdarı olsa da, fakt öz faktlığındadır.

Ermənistan mətbuatının kumiri, “məğrur mübarizi” niyə ağlayır? Nədir onları bu hala çatdıran. Əgər beynəlxalq təşkilatlar da saxlanılma zamanı hər hansı işgəncədən danışmırsa... Olmaya, bu “qəhrəman”lar özlərini elə göz yaşları ilə ifşa edirlər?

Məni sevindirən bir şey var. İllər boyu, bir çoxunun, hətta Azərbaycan cəmiyyətində belə, içi mən daxil çox insanın artıq “Qarabağ məsələsi Allaha qalıb” dediyi vaxtda... Azərbaycanın hüquq-mühafizə orqanları bütün faktları, bütün şahid ifadələrini sənədləşdirib və cinayətkarların cəzasını alması üçün hüquqi baza yaradırmışlar.

Əslində, “Allaha qalıb” deməklə, biz də səhv etməmişik. Bu gün İLAHİ ƏDALƏT özünü göstərir.

Ümid edirəm ki, əli günahsız insanların qanına batan bütün cinayətkarlar bu İLAHİ ƏDALƏTDƏN öz paylarını alacaqlar. 

Rüfət Əhmədzadə

AzPolitika.info

Şərhlər

B.Qarabağlı 2023-10-14 23:27:42

Əla multikultural tolerant ədalətli müraciət və münasibətdir. Siyahıda-Aqanbekyan, Köçəriyan, Sərqsyan, Tadevosyan, Balayan, Ayrikyan, digər qəhrəmanlar da gərəkdi? Həmin *qəhrəmanlar*ın əksəriyyəti BMT TŞnın müvafiq oerativ-ədalətli və qeyd-şərtsiz hüquqları bərpa etmə qətnaməsində qeyd edilib. Ciddi mühakimə sonrakı vəhşiliklərin qarşısını kəsəcəyinə əminəm!

dadaşyev 2023-10-14 21:53:48

Bir il,iki il,üç il qabaq,yol-irizin açıq olduğu vaxtlar qaçıb aradan çıxmamaqdan doğan peşmançılıqdı bunun kimiləri ağladan.Bunları qızışdıran,arxalarında durub 35 il bizə qarşı qaldıran xristian dünyasının qüdrətinə elə inanmışdılar,elə arxayınca qırğınlar törədirdilər ki,heç yatanda yuxularına da girməzdi ki,bir gün əməlləri üçün həbs edilib Azərbaycanın ədalət məhkəməsi önündə tər tökə-tökə cavab verməli olacaqlar.Bunları elə qudurtmuşdular ki,özlərini həqiqətən də yüksək sivilizasiya insanı,türkləri isə köçəri vəhşilər kimi bilirdilər,odur ki zəhərlənmiş beyinlərində özlərindən aşağı hesab etdikləri insanların önündə qatı cinayətkar kimi boynu bükük durmalarına dözəmməyib dəhşətdən sarsılaraq ağlayırlar.Çıxılmaz duruma düşmələridi bunları ağladan,yoxsa peşmançılıq,vicdan əzabı-filan kimi şeylər bunlara yaddır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol