Menu

BMT TŞ Yaxın Şərqdə zorakılığı pisləmədi - Qətnamə layihəsinə 4 ölkə qarşı çıxdı

17.10.2023, 12:08
BMT TŞ Yaxın Şərqdə zorakılığı pisləmədi - Qətnamə layihəsinə 4 ölkə qarşı çıxdı

BMT Təhlükəsizlik Şurasında Rusiyanın Yaxın Şərqdə zorakılığın artmasını pisləyən qətnamə layihəsi qəbul edimədi.

“AzPolitika.info” Qərb mediasına istinadla xəbər verir ki, sənədin mətnində HƏMAS-ın İsrailə hücumundan bəhs edilmir.

Rusiya, Çin, BƏƏ, Qabon və Mozambik sənədi dəstəkləyib, ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya, ona qarşı çıxıb, Albaniya, Braziliya, Qana, Malta, İsveçrə və Ekvador isə bitərəf qalıb.

Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord HƏMAS-ın hücumlarını pisləməyən qətnaməni dəstəkləyə bilməyəcəklərini iddia edib.

Rusiya öz layihəsində tərəfləri dərhal atəşkəsə, girovların azad edilməsinə və Qəzza zolağına humanitar yardımın göndərilməsinə çağırmağı, eləcə də mülki əhaliyə qarşı istənilən zorakılıq və hərbi əməliyyatları və bütün terror aktlarını pisləməyi təklif edib.

“Reuters”in məlumatına görə, daha geniş dəstək alan və çərşənbə axşamı axşam BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacağı gözlənilən Braziliya qətnamə layihəsində HƏMAS-ın hücumu da pislənib.

HƏMAS daha əvvəl bildirmişdi ki, o, Rusiya Prezidenti Vladimir Putinin mövqeyini yüksək qiymətləndirir və Moskvanın təcavüzü dayandırmaq səylərini alqışlayır. Putin Qəzzanın blokadasını pisləyib və bölgəyə qarşı hərbi və qeyri-hərbi tədbirləri “qəbuledilməz” adlandırıb, eyni zamanda İsrailin hücuma məruz qaldığını və “öz təhlükəsizliyini təmin etmək hüququna malik olduğunu” qeyd edib. Ümumiyyətlə, Rusiya rəsmiləri və Kreml yönümlü şərhçilərin əksəriyyəti İsraili tənqid etməyə meyllidirlər, lakin HƏMAS-a dəstək üçün səsini çıxarmırlar və münaqişənin genişlənməsinə görə ilk növbədə ABŞ-ı günahlandırırlar.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol