Menu

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

19.10.2023, 11:46
Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakının Yeni Günəşli yaşayış massivində qəsdən adam öldürməkdə təqsirləndirilən Samir Kərimova hökm oxunub.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, S.Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə bu ilin aprelində paytaxtın Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü S.Əliyevin 1970-ci il təvəllüdlü Müşfiq Rəcəbovu küt alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

S.Kərimov həbs olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol