Menu

ABŞ ictimaiyyətində fikir ayrılığı - Gənclər Fələstini, yaşlılar İsraili dəstəkləyir

19.10.2023, 12:05
ABŞ ictimaiyyətində fikir ayrılığı - Gənclər Fələstini, yaşlılar İsraili dəstəkləyir

İsrail ordusunun Qəzzaya hücumları ABŞ ictimaiyyəti arasında fikir ayrılıqlarına səbəb olub.

“AzPolitika.info” xəbər verir ki, bu, ABŞ-ın “CNN” nəşrinin Qəzzaya hücumlardan sonra ABŞ əhalisi arasında keçirdiyi sorğu zamanı ortaya çıxıb.

Nəşrin “İsraili dəstəkləyirsinizmi?” sualına gənclərin böyük əksəriyyəti “xeyr” cavabını verib. İsrailin Qəzzaya hücumlarını əsasən yaşlı nəslin nümayəndələrinin dəstəklədiyi məlum olub.

Anketin tam nəticələri aşağıdakı kimidir:

- 65+ yaş - 81 faiz dəstək;

- 50-64 yaş - 56 faiz dəstək;

- 35-49 yaş -44 faiz dəstək;

- 18-34 yaş - 27 faiz dəstək.

Qeyd edək ki, İsrailin Qəzzada yerləşən Əl-Əhli xəstəxanasına məlum hücumundan sonra bu dəstək xeyli azalıb.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol