Menu

Rusiya sülhməramlıları Azərbaycan tərəfi ilə birgə beş məntəqə qurub

19.10.2023, 21:42
Rusiya sülhməramlıları Azərbaycan tərəfi ilə birgə beş məntəqə qurub

Son 24 saat ərzində Rusiya sülhməramlıları yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün Qarabağda 10 post yaradıblar.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirlib ki, həmin postlardan beşi Azərbaycan tərəfi ilə birgə qurulub.

Müdafiə Nazirliyi əlavə edib ki, sentyabrın 19-dan etibarən Qarabağın Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

Qeyd olunub ki, hazırda sülhməramlılar Qarabağın məskunlaşmış ərazilərində elektrik enerjisi və qaz təchizatının bərpası işlərində iştirak edirlər. (Mənbə: TASS)

Şərhlər

Mubariz 2023-10-20 11:02:59

Xoruzun quyruğu görünməyə başlayır ,görəsən orada erməni olmadığı halda o məntəqələr nə üçün qurulub ?Yoxsa bizim vətəndaşlardan ora gedənlərindən sənəd tələb edəcəklər ?

dadaşyev 2023-10-20 01:08:45

“Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün” nə deməkdir?Bizim yollarda hərəkətin təhlükəsizliyini bunlar niyə təmin etməlidirlər oralarda erməni qalmayıbsa?Respublikamızın bütün digər yollarında qaişniklərimiz təmin etmirlərmi hərəkətin təhlükəzliyini?Payızlıq əkinə,tarlaların gübrələnməsi və suvarılması məsələsinə,bataqlıqların qurudulması işinə,hər hektardan neçə sentner taxıl və pambıq yığılması məsələlərinə də baxmaq fikirləri varmı irəlidə əcəba?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol