Menu

“Cənubi Qafqaz böyük evimizin bir hissəsidir” – “Rusiyanın öz maraqları var...”

20.10.2023, 11:47
“Cənubi Qafqaz böyük evimizin bir hissəsidir” – “Rusiyanın öz maraqları var...”

“Rusiya konsulluqlarının xaricdə, xüsusən postsovet məkanında genişləndirilməsi hazırda Rusiya Federasiyası tərəfindən həyata keçirilən mühüm xəttdir”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Ermənistan” radiosunun efirində Xarici İşlər Nazirliyinin Qafanda baş konsulluğunun açılışına hazırlığı şərh edərkən deyib.

“Mən Sünikə (Zəngəzur – red.) tez-tez gedirəm, bu bölgəni çox sevirəm. Bu dəfəki səfər erməni əhalisinin Qarabağı tərk etməsi ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq spesifik xarakter daşıyıb. Biz onların dərdini öz ağrımız kimi qəbul edirik, çünki bizim əlaqələrimiz çox dərindir, uzunmüddətlidir və erməni xalqının yaşadıqlarını Rusiya həmişə öz canında hiss edib” – deyə, diplomat vurğulayıb.

Son aylarda Ermənistanda genişlənən anti-Rusiya ritorikasından danışan səfir bildirib: “Baxın, iki ölkə arasında iqtisadi əlaqələr necə inkişaf edir. Rusiya-Ermənistan ticarət dövriyyəsi ötən il 5 milyard dollar təşkil edib, bu il isə daha da sürətlə artır: ilk 8 ayda bu rəqəm artıq 4 milyard dolları ötüb”.

Onun fikrincə, Ermənistan-Rusiya münasibətləri ilə bağlı ziddiyyətli bəyanatların müəllifləri bu barədə izahat verməlidirlər ki, hamı nə baş verdiyini başa düşsün.

Diplomat deyir ki, ölkələr və xalqlar üçün bu mövzu həqiqətən də çox vacibdir: “Cənubi Qafqaz böyük evimizin bir hissəsidir. Çünki bizim üçün bura həyati regiondur. Aydındır ki, Rusiyanın öz maraqları var və o, onları həyata keçirəcək. Mən tamamilə əminəm ki, Rusiya Federasiyasının ən mühüm, əsas maraqlarından biri regionun sakit olması, hərbi qüvvələrin olmamasıdır. Burada sabit və iqtisadi cəhətdən səmərəli həyat üçün real şərait yaradılıb”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol