Məlum olduğu kimi, oktyabrın 7-də İsrailə basqın zamanı onlarla insanı girov götürən HƏMAS ötən gün iki ABŞ vətəndaşını sərbəst buraxıb.
“AzPolitika.info” xəbər verir ki, bu xəbər üzərinə jurnalistlərdən biri ABŞ lideri Co Baydenə “İsrail daha çox girovu azad etmək üçün Qəzzada mümkün quru əməliyyatını dayandırmalıdırmı?” sualını ünvanlayıb.
Baydenin bu suala gözlənilmədən “Bəli” şəklində cavab verməsi ətrafdakı jurnalistləri şoka salıb. Bir çox məşhur KİV-lər Baydenin bu cavabını son xəbər kimi dərc ediblər.
Ancaq mübahisəli bəyanatla bağlı Ağ Evdən düzəliş gecikməyib.
Ağ Evin sözçüsü Ben LaBolt bu barədə açıqlama yayaraq, Baydenin sualı düzgün başa düşmədiyini deyib:“Prezident sualı ümumiyyətlə eşidə bilmədi. O, başa düşüb ki, “Daha çox girovun azad edilməsini görmək istərdinizmi?”.
Qeyd edək ki, qəribə hərəkətəri ilə tez-tez gündəmə gələn 80 yaşlı Bayden bu cavabı ilə növbəti dəfə sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.
“AzPolitika.info”


Şərhlər