Ermənistanda özünü buraxmış qondarma qurumun başçılarına qarşı münasibət getdikcə daha da pisləşir.
“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatı Nikol Paşinyan hökumətinin “sabiq prezident” Samvel Şahramanyanı və onun başının dəstəsini tənqid hədəfinə çevirməyə çalışdığını yazır.
Ermənistanın “Joxovurd” qəzeti özünün hökumətdəki mənbələrinə istinadla yazıb ki, hakim partiyanın rəhbərliyilə keçirilən qapalı iclasda Paşinyan əvvəlcə Rusiyadan gileylənib. Qəzetin yazdığına görə, “artsax”ın itirilməsinə və digər təhlükələrə baxmayaraq, Paşinyan komandası əsas gücünü hakimiyyətin saxlanmasına yönəldib: “Paşinyan partiyanın idarə heyətinin iclasında deyib ki, rusiyalılar hakimiyyəti onun əlindən almaq istəyirlər, ona görə də hakimiyyəti itirməmək üçün ciddi və qəti tədbirlər görülməlidir”.
Qəzet iddia edir ki, Paşinyan öz silahdaşlarına cəmiyyətdə Rusiyanın adamları kimi tanınan Qarabağdakı sabiq qondarma rejimin başçılarına qarşı kampaniya aparmağı tapşırıb: “Paşinyan istənilən yolla “artsax” rəhbərliyini gözdən salmağa çalışır. Əsas hədəf Şahramanyandır. Hər şey etmək lazımdır ki, bütün narazılıqlar Şahramanyana yönəlsin. Ancaq Paşinyan bununla kifayətlənmək fikrində deyil. O, hakim partiyanın üzvlərinə tapşırıb ki, cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirsinlər və bildirsinlər ki, Ermənistanın keçmiş başçıları Rusiyanın əli ilə yenidən hakimiyyətə qayıtmaq istəyirlər”.
Qəzet iddia edir ki, bu işdə Paşinyan hakimiyyətinə Qarabağdakı sabiq qondarma qurumun “müdafiə naziri” olmuş Samvel Babayan və onun “komandası” da köməklik göstərir.
“AzPolitika.info”


Şərhlər
Paşik Putinə deyil bütün rus şovinizminə elə bir zərbə vurdu ki ,ruslar əsrlər boyu ermənidən belə şillə yeməmişdilər .Putinin yana-yana - Paşinyan Qarabağı Azərbaycana verdi deməsi ,onun sifətindəki məyusluq heç zaman yaddan çıxmayacaq , Bizlərdə etiraf etməliyik ki , bizim şanlı ordumuzun Qarabağa girməsinin və torpaqları azad etməsi bu amillədə bağlıdır ,yoxsa Paşik putinin nökəri olsaydı putin heç vaxt bizə imkan verməzdi ,necə ki vermirdi