"Qəzzadakı müharibə İsrailə gündə təxminən 246 milyon dollara başa gəlir".
"AzPolitika.info" xəbər verir ki, bu barədə İsrailin maliyyə naziri Bezalel Smotriç məlumat verib.
Məlumata görə, 10 milyon əhalisi olan ölkədə 360 min insan orduya çağırılıb. Bu rəqəm ölkənin iqtisadi gücünün 8 faizinə bərabərdir. İsrailin milli gəlirinin az qala 20 faizini təşkil edən və iqtisadiyyatın hərəkətverici qüvvələrindən biri olan yüksək texnologiya sektorunda çalışanların 15 faizinin hərbi xidmətə çağırıldığı təxmin edilir.
İsrailin Meitav İnvestisiya Evinin hazırladığı yeni hesabata görə, HƏMAS-a qarşı müharibənin ümumi dəyəri 17,2 milyard dolları keçə bilər.

İsrail ordusu HƏMAS-ın Qəzza zolağından atdığı raketləri özünə məxsus "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi ilə zərərsizləşdirir.
ABŞ-ın Strateji Beynəlxalq Araşdırmalar Mərkəzinin hazırladığı hesabata görə, hər "Dəmir Günbəz" batareyasında üç-dörd işə salma qurğusu və hər bir buraxılış qurğusunda 20-yə qədərraket var. Tək bir raketin qiyməti 20 ilə 100 min dollar arasında dəyişdiyi halda, tam batareyanın istehsalı təxminən 100 milyon dollara başa gəlir. Təkcə oktyabrın 7-də Həmas İsrailə 5000-dən çox raket atdı ki, bunların da əksəriyyəti cəmi bir neçə yüz dollar dəyərindədir.
"AzPolitika.info"


Şərhlər