Menu

“Ukrayna üçün F-16 qırıcıları iki həftəyə Rumıniyaya çatdırılacaq” - Niderlandın Baş naziri

30.10.2023, 20:44
“Ukrayna üçün F-16 qırıcıları iki həftəyə Rumıniyaya çatdırılacaq” - Niderlandın Baş naziri

“Ukrayna üçün F-16 qırıcıları iki həftəyə Rumıniyaya çatdırılacaq”.

“Report” xəbər verir ki, bu barədə Niderlandın Baş naziri Mark Rutte “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Bu o deməkdir ki, yaxın vaxtlarda ukraynalı pilotlar üçün hazırlıq kursları başlaya bilər”, - o qeyd edib.

Baş nazir onu da vurğulayıb ki, ölkəsi Rusiyanın davamlı təcavüzü qarşısında Ukraynanı lazım olduğu qədər və uzun müddət dəstəkləməyə davam edəcək: “İsrail və Qəzzadakı dağıdıcı vəziyyət diqqətimizi Ukraynadan yayındırmayacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol