Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) sözügedən şəhərdə küçələrin natəmizliyi, həmçinin dilənçilərin sayının çox olmasıyla bağlı yayılan xəbərlərə münasibət bildirib.
Lənkəran ŞİH-dən “AzPolitika.info”-ya verilən məlumata görə, Lənkəran şəhər Qala Xiyabanı küçəsinin zibillənməsi ilə bağlı sosial şəbəkə hesablarında paylaşılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə qeyd olunur ki, sözügedən ərazidə otel, Ailə Sağlamlıq Mərkəzi, Dram Teatr və ictimai iaşə obyektləri fəaliyyət göstərir, orada zibilin yandırılması üçün praktiki olaraq hər hansı yer və şərait mövcud deyil və belə halın baş verməsi mümkün deyil:“Şəhər ərazisində dilənçilərin olması ilə bağlı səsləndirilən iddialar isə tamamilə əsassızdır, Lənkəran ərazisində dilənçilərə ümumiyyətlə rast gəlinmir. Eyni zamanda, bildiririk ki, aidiyyəti xidmət idarələri tərəfindən bütün şəhər və rayon ərazisində, eləcə də sözügedən ərazidə mütəmadi zibillərin yığılması həyata keçirilir. Lənkəran ŞİH rayonun bütün ərazisinin səliqə-səhmanına gündəlik fəaliyyət istiqaməti kimi daim ciddi yanaşır və sakinlərimizin rahatlığı üçün bütün mümkün addımları atır”.
“Hazırda şəhərin sözügedən küçəsinin bir hissəsində abadlıq-bərpa və təmir işləri həyata keçirilir. Lənkəran şəhərinə gələn çoxsaylı turistlərin və qonaqların, o cümlədən rayon sakinlərinin gəzinti və istirahəti üçün sözügedən yoldan gündəlik istifadə etdikləri nəzərə alınaraq, eyni zamanda sakinlərimizin istək və arzularına uyğun olaraq hazırda Qala Xiyabanı küçəsində sıradan çıxmış üzlüklər sökülərək yeni mərmər qarışıqlı beton pilitələrlə əvəzlənir. Qeyd edək ki, cari ildə şəhərin küçə və yol kənarlarında 50-ə yaxın yeni zibil qutularının, habelə plastik qablaşdırma tullantıları üçün ayrıca zibil qutularının qoyulması təmin edilib. Bununla belə, bəzi insanlar tərəfindən şəhərin səliqə-səhmanına riayət olunmaması halları müşahidə edilir. Sakinlərimizdən və şəhərimizin qonaqlarından xahiş edirik ki, şəhərimizin təmiz və səliqəli saxlanılmasına ciddi şəkildə riayət etsinlər, xatirladırıq ki, ictimai yerləri zibilləmək, eləcə də ətraf mühitə müxtəlif növ ziyan vurmağa görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunur”,-deyə açıqlamada bildirilir.
“AzPolitika.info”

Şərhlər
Təbii ki, sizə heç kim inanmır, amma 100 % əminəm ki,Tofiq m. düz deyib və ona hamı inanır..
Kresloya pərçim edildiklərindən kreslodaca qocalaraq gənc kadrlarla dəyişilməyi unudulmuş xınalı məmurlara kreslomur deyilir.Əsasən Baş Qafqaz sıra dağlarının ətəklərində yayılmışlar,təpəgözlər kimi hündür topdağıtmaz qalaçalarda yaşayırlar.İnsanlar kimi paltar,ayaqqabı geyinirlər,qalstuk taxırlar hətta,amma əsasən neftlə-qazla qidalanırlar.Bütün bəni-adəmlər kimi kreslomurların da iki əli,iki ayağı,bir başı olur,amma bəşəriyyətdən fərqli olaraq ömürlərinin ikinci yarısından kreslomurların arxalarındakı yumşaq yerlərinə heç yerdəncə yumşaq kreslo peyda olub elə yapışır ki,ancaq öləndə qopartmaq mümkün olur.Bu əcaib hadisə kosmik tədqiqatlar mərkəzlərində fundamental araşdırılsa da bu günə kimi sirr açılmamışdır.Ola bilsin kreslomurlar yadplanetlilərdir,arxeopterikslər vaxtında UFO-larla gəliblər.
Taleh müəllim bir dəfə zənbil götürüb mərkəzi bazara gedin ,bir dəfə meydanda camaatla açıq mikrafonla səmimi görüş keçirin ,şəhər və kəndləri tacir gözu ilə deyil əsil başçı kimi gəzin.onda xalqın nə cür yaşadığını bilər.unutma Allah hər şeyi görür və bilir.
Qaraşov rüşvət almağın,büdcə oğurlamağın t və müəyyən edilmiş faizinin yuxarı çatdırılmasının ustası olduğundan 30 ildir rayonları gəzdirilir.Amma bu necə olur? məgər bununla maraqlanan olmur?Onu himayə edən,qoruyan kimdir?Axı bu artıq yaramazlıq və yaramaz kadr siyasətidir.
Görəsən Nağdəliyevin bu hallardan xəbəri yoxdur.?
Gərmətük qəsəbəsinin elektrik sahəsi hələ də kabelləşməyib hər gün işıqlar saatlarla sönür.mərkəzi bazar biyabırçı vəziyyətdədir icra başçısı bir dəfə də olsun zənbili götürüb bazara getsə oradakı antisanitariyanı görər.Ayrıca balıq bazarı tikilməlidir bazar daxili yollar kuçə ticarətindən təmizlənməlidir yoldaş məmurlar.
Hamısi yalandı rayonda problemlər çoxdur hələ edən yoxdu .şərhləri çap edin qorxmayın
Utanmasan oynamağa nə var ki! Qaraşov faktiki görünəni yox,arzu etdiklərini qələmə alıb.Kaş belə olaydı,
O zaman Qaraşov bu yazını yazınca doğri olardı ki, sabiq naziri böhtan atdığına görə məhkəməyə müraciət edəydi və şəxsiyyətini sovunardı..Boş,yaıan yazı ilə kimin gözünə kül üfürür.Əgər məhkəmə (əsl, qərəzsiz )bu məsələni araşdırıb qərar versə idi o zaman bəlkə korrupsioner.rüşvətxor Qaraşova kimsə inanardı.
Şəhərin mərkəzində hələdə xəndəylərin mövcud olmasida yalandir ?? ? Çoxmu çətindir bu vaxta can onlari ləgv etmək ?
Aaaa!Demək Tofiq müəllim yalan danışır?O boyda hörmətli kişiyə nə düşüb ki,bu yaşında durub belə ağ yalan danışsın?Deyir Lənkərana getmişdim,demək özü öz gözləriylə görüb ki deyir.Söz deyiləndən sonra gecə ilə təlaş içində silib süpürüb dan yeri sökülənə qədər tər-təmiz etdirmisinizsə küçələri, lap yaxşı eləmisiniz,utanmaq lazım deyil,belə də lazımdır.Millət əcaib maaş-pensiyalardan,işsizlikdən həbəş qulu kimi yaşasa da dözümlü xalqdı,onsuz da hər axşam topalaşıb şıdırğı yeyib-içməkdən başqa bir işə yaramır rayonlarımızın yüksək ranqlı məmurizmi,barı küçələri təmiz saxlayın ki millət işsizlikdən səfil-sərgərdan respublika küçələrində dolaşanda az da olsa könlü açılsın.Sən xoşbəxtsən,çünki ömrünün az qala yarısını başçı kimi,mini sultan kimi yaşamısan,a balam millətin doxsan faizi acınnan günorta durur ee.Camaat Ağ Evə şikayət yazanda da mümkün qədər uzaq rayonlara gedib o rayonların poçtuyla göndərir ki, öz rayonundan göndərsə bəlli adamlar açıb xəlvətcə oxuyacaqlar,hərgah şikayətdirsə cırıb atacaqlar.Başqa rayondan göndərəndə isə əmin olur ki,adresata çatacaq,yəni Ağ Evin məktublar şöbəsinə.Əlbəttə, məktublar şöbəsində məktublar sortlandıqdan sonra məktubu göndərən adamın rayonundan olan məktublarla birlikdə o məktub da kimlərə veriləcək ki bunları Ora ver və o da Ora verəcəkmi verməyəcəkmi,bəlli olmaz,amma yenə də içində bir əminlik olacaq ki yaxşı ki öz rayonumdan göndərmədim,yoxsa bir neçə gündən sonra bəzi adamlar Hindistan buyvolu Bombey-Dehli yolundakı ilk qırmızı ingilis qatarına baxan kimi baxacaqdılar mənə ki filankəs bizdən Yuxarıya şikayət yazanlardandı,budur eşidilməz cinayətləri törədən qabarmış qul.O ki qaldı dilənçi məsələsinə,necə yəni Lənkəranda ümumiyyətlə dilənçi yoxdu? Nəinki Lənkəranda,bütün respublikada maaşı-pensiyası 300-400 manat olanlar dillənçi kimi bir şey deyilmi?
Mən də 2 həftə öncə Lənkaranda turist kimi oldum. Bu şəhərə çox pis baxılır. Tofik müəllimin fikirləri tam əsaslıdır
Bazarda da tam təmizlik qayda qanun ,zibilin atıldığı gamışavan ərazisindəki biyabırçı vəziyy hər şey yaxşıdır.vəzifə insanı bu qədərmi kiçildər
Həmişəki kimi daley- daley. İclas protokolu.... Bəs qəlbin nə deyir? Amma heç kimə demə.