Menu

Priqojinin oğlu "Vaqner" qrupunun başına keçdi

01.11.2023, 17:19
Priqojinin oğlu "Vaqner" qrupunun başına keçdi

"Vaqner" hərbi şirkətinin mərhum təsisçisi Yevgeni Priqojinin oğlu Pavel Priqojin Rusiya Qvardiyasının tərkibində "Vaqner-in başçısı olub. 

"AzPolitika.info"  xəbər verir ki, bu barədə "59.ru" portalı təşkilatın Perm vilayətindəki nümayəndəsinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, "Vaqner" qrupu Rusiya Qvardiyasının tərkibinə daxil olub və onun diviziyasına çevrilib. Hazırda könüllülər də işə götürülür.

“Biz yalnız mülki şəxsləri götürürük, məhbusları yox,” — deyə nəşrin həmsöhbəti bildirib.

Qeyd edək ki, ötən ay Pavel Priqojinin atasının bütün sərvətinin tək varisi olduğu barədə məlumat yayılmışdı.

Rüfət

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol