Avropa Birliyinin diplomatiya rəhbəri Cosep Borrell İsrailin Qəzza zolağında qaçqın düşərgəsini bombalaması nəticəsində həlak olanların sayının çox olmasından şoka düşdüyünü bəyasb edib. O, müharibə edən tərəfləri beynəlxalq müharibə qaydalarına hörmət etməyə çağırıb.
"İsrailin Cəbəliyə qaçqın düşərgəsini bombalaması nəticəsində çoxlu sayda insanın həlak olması məni şoka salır", - Borrell «X» mikrobloqunda yazıb.
“Müharibə və bəşəri qanunlar həmişə tətbiq edilməlidir, o cümlədən humanitar yardıma gəldikdə» — deyə, Borrel əlavə edib.
Qəzzada baş verən faciə fonunda Avropa İttifaqı ötən həftədən humanitar dəhlizlərin yaradılmasına və humanitar ehtiyaclar üçün fasilələrin yaradılmasına çağırır.
Hər keçən gün vəziyyət ağırlaşdıqca, bu məsələ daha da aktuallaşır.
"Mülki əhalinin təhlükəsizliyi və müdafiəsi təkcə mənəvi deyil, həm də hüquqi məsuliyyətdir” - deyə, Borrel bildirib.
Rüfət
AzPolitika.info


Şərhlər