“İsrailin Baş naziri Benyamin Netanyahu bütün diqqətini müharibəyə yox, özünün məsuliyyətdən qaçmasına yönəldib”.
“AzPolitika.info” İsrail mətbuatına istinadla xəbər verir ki, bu fikirləri İsrail Müdafiə Nazirliyi Kəşfiyyat idarəsinin sabiq rəisi, general-mayor Amos Malka yerli “103 FM” radiosunun efirində bildirib.
Malka qeyd edib ki, Netayahu Qəzzaya hücuma başlayandan bəri, günahkar axtarmağa çalışır. Onun sözlərinə görə, Baş nazir İsrail parlamentində məsələ ilə bağlı komissiya yaradılmasından və özünün də sorğulanmasından ehtiyat edir.
Sabiq kəşfiyyat rəhbəri qeyd edib ki, məhz bu səbəbdən, Netanyahu sosial şəbəkələrdə daha çox başqalarını ittiham etməyə maraq göstərir:“İsrail Müdafiə Qüvvələrinin sıravi əsgəri Ori Megidişin xilas edilməsi əməliyyatı zamanı üç saat ərzində, mən gördüm ki, o, əsas diqqətini döyüşləri aparmağa yox, özünün sağ qalmasına yetirib”.
Xatırladaq ki, bu yaxında Benyamin Netanyahu sosial şəbəkə hesabında ordu və kəşfiyyat rəsmilərinin HƏMAS təhlükəsi barədə onu xəbərdar etmədiklərini, əksinə, hər şeyin qaydasında olduğunu bildirdiklərini yazmışdı.
Rüfət
“AzPolitika.info”


Şərhlər