Menu

“Hizbullah” ABŞ-dan İsrailin qətliamlarını dayandırmağı tələb etdi - Vaxt verdi

03.11.2023, 12:17
“Hizbullah”  ABŞ-dan İsrailin qətliamlarını dayandırmağı tələb etdi - Vaxt verdi

Livanın Hizbullah qruplaşması ABŞ-dən Qəzza zolağında İsrailin qətliamlarını dayandırmağı tələb edib.

Bu barədə Küveytin “Əl-Cəridə” qəzeti İran diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, “Hizbullah”ın tələbinin yerinə yetirilməsi üçün son tarix 3 noyabrdır.

Livan qrupunun lideri Həsən Nəsrullahın bu gün çıxışı planlaşdırılır.

Qeyd olunur ki, atəşkəs olmasa, o, ümumi səfərbərlik elan edəcək və bütün istiqamətlərdə İsrailə qarşı hərbi əməliyyatlara başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol