Menu

Ruslar ABŞ hərbçilərini pusquya salıb öldürdü - VİDEO

06.11.2023, 13:01
Ruslar ABŞ hərbçilərini pusquya salıb öldürdü - VİDEO

Sosial şəbəkələrdə rus hərbçilərin ABŞ-dan olan muzdlu döyüşçüləri pusquya salaraq, öldürdüyünü əks etdirən videogörüntülər yayılıb.

“AzPolitika.info” xəbər verir ki, rəsmi qurumlar tərəfindən təsdiqlənməyən hadisənin Ukraynanın Donetsk vilayətində baş verdiyi iddia olunur.

Sözügedən videoda rus hərbçilərin Ukrayna əsgərlərinin hərbi formasında olduğu və ABŞ hərbçilərinə yaxınlaşdığı görünür. Daha sonra onların Ukrayna hərbçiləri olduğuna inanan amerikalı əsgərlər mövqelərini tərk edərək rus əsgərləri ilə söhbət etməyə başlayırlar. Sonrakı kadrlarda isə rus hərbçilər tərəfindən güllələnərək öldürülürlər.

Həmin anları əks etdirən videonu təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol