Xəbər verildyi kimi, bu gün ABŞ dövlət katibi Entoni Blinken bu gün Türkiyəyə səfər edib.
“AzPolitika.info” xəbər verir ki, burada Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşən Blinken Qəzzada baş verən son hadisələri müzakirə ediblər. Görüşün ardından isə Blinkenlə Fidan arasında maraqlı anlar yaşanıb.
Belə ki, H. Fidan Blinkenin onu qucaqlamaq istəyinə qarşılıq verməyib və əlini sıxmaqla kifayətlənib.
Digər tərəfdən, Türkiyənin Blinkeni yüksək səviyyəli dövlət rəsmiləri ilə qarşılamaması da diqqətdən yayınmayıb. Türkiyə KİV yazır ki, tarixdə ilk dəfə olaraq ABŞ dövlət katibi yüksəkvəzifəli türkiyəli şəxs olmadan qarşılanıb.
Blinkeni Esenboğa hava limanında ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk, Ankara valisinin müavini Namık Kemal Nazlı və digərləri qarşılayıb. Görüntülərdə ərazidə işıqların yandırılmaması da əks olunub. Xarici media Blinkenin bu formada qarşılanmasını onun Fələstin-İsrail münaqişəsinə yanaşması ilə əlaqələndirib.
“AzPolitika.info”

Şərhlər
Müsəlman ölkələrinin atmalı olduqları addımı Cənubi Amerika ölkələri atmaqdadır. Müsəlman ölkələri sadəcə bu qətliyamı seyr etməklə məşğuldurlar.
Çox gözəl,lakin daha çoxuna möhtacdır Fələstinlilər