Menu

"İsrail-HƏMAS münaqişəsi Ukraynaya olan beynəlxalq dəstəyə təsir edib" – Aİ rəsmisi

07.11.2023, 16:32
"İsrail-HƏMAS münaqişəsi Ukraynaya olan beynəlxalq dəstəyə təsir edib" – Aİ rəsmisi

Aİ-nin baş diplomatı Jozep Borrell etiraf edib ki, İsrail və HƏMAS arasındakı müharibə artıq Ukraynaya olan beynəlxalq dəstəyə təsir edir.

"AzPolitika.info" “Ukrainskaya Pravda”ya istinadla xəbər verir ki, Borrel Aİ Səfirləri Konfransındakı çıxışında bunu deyib.

Borrell etiraf edib ki, iki münaqişə çox fərqli olsa da, Yaxın Şərqdəki gərginlik artıq müttəfiqlərin Ukrayna ilə bağlı siyasətlərinə və ümumi beynəlxalq dəstəyə təsir edir.

Borrel qeyd edib ki, ABŞ-a səfəri zamanı Prezident Co Baydenə və dövlət katibi Entoni Blinkenə Ukraynaya beynəlxalq dəstəyin azala biləcəyi ilə bağlı narahatlığını çatdırıb.

O qeyd edib ki, bəzi ölkələr Ukraynadakı müharibəni regional münaqişə hesab edirlər və Yaxın Şərqdəki münaqişədən istifadə edərək, Ukrayna məsələsini ikinci plana atırlar.

Borrelin sözlərinə görə, Ukraynaya dəstək və bu məsələdə birlik prioritet olaraq qalmalıdır, çünki müharibənin nəticəsi hələ müəyyən edilməyib və Ukraynanın məğlubiyyəti Qərb müttəfiqlərinin məğlubiyyəti deməkdir.

Rüfət

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol