Ötən gün Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının köməkçisi, mayor Gennadi Çastyakovun ölümü Ukrayna mətbuatında gündəm hadisəsi olub.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, hadisənin detallarını araşdıran DİN-dən ictimaiyyətə açıqlama verilib. Ukrayna Daxili İşlər Nazirliyinin spikeri Maryana Reva “Azadlıq” radiosunda bildirib ki, Çestyakova hədiyyə olaraq qumbaralar verən şəxsin kimliyi müəyyən olunub, onun kabinetində də axtarış aparılıb. "Bu hədiyyələri verən şəxs etiraf etdi. Qumbaraların işlək olduğunu xəbərdar etdiyini deyir. Yəqin ki, mərhum bu məlumatlara inanmayıb", - deyə Reva qeyd edib.
Saxlanılan şəxsin adı-soyadı açıqlanmır. Noyabrın 6-da onun ofisində axtarış aparılıb. Revanın sözlərinə görə, müstəntiqlər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirib və gələcəkdə bu şəxsin statusu prosessual prosedurlarla müəyyən ediləcək. Eyni zamanda, Daxili İşlər Nazirliyinin spikeri qeyd edir ki, faktlar göstərir ki, Çastyakov qumbaranı əlində saxlayanda, yəqin onun döyüş qumbarası olduğuna inanmayıb. Öz növbəsində, Mərkəzi rayon xüsusi prokurorluğu faciə ilə bağlı araşdırmaya başladığını elan edib.
İstintaqın məlumatına görə, mərhum noyabrın 6-da ad gününü qeyd edib. O, evə həmkarlarından hədiyyələr, o cümlədən D5 işarəsi olan 6 Qərb tipli qumbara olan hədiyyə qutusu ilə qayıdıb.
Qumbaralardan birini hərbçinin oğlu götürüb. Uşağın əlindən döyüş sursatı alarkən zabit üzüyü çıxarıb və bu, partlayışa səbəb olub. Ukrayna Silahlı Qüvvələrinin 39 yaşlı mayoru yerindəcə keçinib. Onun 13 yaşlı oğlu ağır, 11 yaşlı qızı isə yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları daha 5 oxşar qumbara götürüblər. Təcili axtarış zamanı bu təhlükəli “hədiyyə”ni verən hərbçinin həmkarından 2 ədəd oxşar döyüş sursatı götürülüb.
Rüfət
AzPolitika.info


Şərhlər