Menu

"Ermənistan hökuməti qarayaxma kampaniyasına başlayıb" - Deputatın çıxışı + VİDEO

07.11.2023, 19:40
"Ermənistan hökuməti qarayaxma kampaniyasına başlayıb" - Deputatın çıxışı + VİDEO

Qərbi Azərbaycan İcmasının nümayəndəsi, Milli Məclisin deputatı Kamal Cəfərov Strasburq şəhərində keçirilən Dünya Demokratiya Forumunda “Münaqişələrin yeni həll yolları” adlı plenar sessiyasında çıxış edərək  Qərbi Azərbaycanlı keçdiyi əzablardan və Ermənistan Hökumətinin icmanın fəaliyyətinə qarşı başlatdığı qarayaxma və təzyiq kampaniyasından danışıb.

Deputat çıxışında bildirib: "Panel iştirakçılarına ruhlandırıcı təqdimatlarına görə təşəkkür edirəm. Bu gün biz xalq səviyyəsində sülh quruculuğu təşəbbüslərin ölkə rəhbəri səviyyəsində aparılan yanaşmalardan potensiyal üstünlüklərini müzakirə edirik.

Sizin qeyd etdiyiniz təcrübələrlə bağlı sual vermək üçün istəyirəm kimi bizim məsələ ilə bağlı iştirakçılara kiçik izah verim. Mənim adım Kamaldr, Qərbi Azərbaycan İcmasını təmsil edirəm. Bizim İcma Ermənistandan qovulmuş Azərbaycanlı qaçqınlar tərəfindən təsis edilib.

Ona görə də bu gün sizlərə əmimin həyata yaşadığı ən böyük şoku sizlərlə paylaşmaq istəyirəm. Mənim əmimim adı Elxandır. O, digər ailə üzvlərimlə birgə Ermənistanın Kərkibaş kəndində anadan olub. Erməni məktəbində riyaziyyat müəllimi olub.

1988-ci ilin noyabr ayının əvvəlləri idi. Hava demək olar belə soyuq idi, ancaq bundan daha çox üşüdücü olub. Əmim məktəbə gedib. Elə həmin gün də, aylıq əməkhaqqınısını almalı imiş. Ancaq məktəb direktoru ona deyib ki, heç bir əməkhaqqı olmayacaq. Məktəbi və evini də tərk eləsin. Əmim təcili evinə gəlib və kəndin hər yerində polislərin olduğunu görüb. Onlara deyilib ki, dərhal evinizi tərk edin. Onlar məcbur ediliblər.

Ermənistandan Azərbaycana yol uzaq olduğundan əmim tövləyə yol üçün ərzaq götürməyə gedib. Tövləyə daxil olanda bütün bu kədərin içində çox kiçik olsa da rahatlıq tapıb. Çünki uşaq vaxtından bir yerdə böyüdüyü erməni qonşusunu görüb. Ancaq o erməni qonşusu ilə görüşəndən sonra həyatının ən böyük şokunu yaşayıb. Erməni qonşusu ona deyib ki, bu tövlə və ərzaqlar artıq ona məxsusdur, təcili buranı tərk elə.

Əziz dostlar, bütün bunlar sizə Hollivud filmindən bir səhnə kimi görsənə və ya səslənə bilər. Ancaq bunlar real insanlardır. Mənim əmim, atam və qohumlarımdır. Bütün bu faktlar isə BMT-nin müvafiq qurumları tərəfindən rəsmiləşdirilib.

Belə ki, 1993-cü ilin 20 dekabr tarixində BMT-nin Baş Assambleyası tərəfindən “Azərbaycandakı qaçqınlara və məcburi köçkünlərə təcili beynəlxalq yardımın göstərilməsi” adlı qətnamə yekdilliklə qəbul edilib. Bu qətnamə Azərbaycanda olan qaçqın və məcburi köçkünlərin sayının bir milyondan çox olduğunu təsdiq edən ilk beynəlxalq sənəddir.

Bu məsələlər sizə maraqlı müzakirə mövzusu kimi görsənə bilər, ancaq baş verənləri təsəvvür etmək belə çox çətindir.

Bu gün Ermənistan hökuməti bizim dialoq çağırışına cavab vermək əvəzinə, bizim geri qayıdış hüququmuzu tanımaq əvəzinə, bizim icmanın fəaliyyətinə qarşı misligörünməmiş qarayaxma və təzyiq kampaniyasına başlayıb. Nə üçün? Çünki biz Avropa Şurasının İnsan hüquqları üzrə Komissiarı xanım Miyatoviçlə görüşmüşük. Çünki biz bütün beynəlxalq platformalarda bu məsələləri qaldırırıq.

Əziz panelistlər, sizcə ölkə rəhbərliyi səviyyəsində sülh quruculuğuna dəstək olmadan xalq səviyyəsində təşəbbüslərin bir mənası varmı? Sizin təcrübələriniz bizə necə kömək edə bilər?"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol