Kolumbiya hökumətinin 300 il əvvəl batan San Jose gəmisini sudan çıxarmaq qərarı ötən həftənin ən çox danışılan mövzularından biri olub.
"AzPolitika.info" xəbər verir ki, ABŞ mediası Kolumbiya hökumətinin bu qərarından sonra okeanın dibində təxminən 32 milyard dollar dəyərində qənimətin olduğunu yazıb. Sözügedən gəminin okeanın 900 metr dərinliyində olduğu müəyyən edilib.

Qeyd olunub ki, 18-ci əsrə aid batmış gəmidə təxminən 20 milyard dollar dəyəri olan 200 tonluq qızıl-zinət əşyaları var. Lakin xəzinənin hansı dövlətə aid olduğu hələ də bəlli deyil. Hazırda 3 dövlət - ABŞ, Kolumbiya və İspaniya qənimətlə bağlı iddia irəli sürüb.

ABŞ-ın “Glocca Morra” şirkəti 1981-ci ildə itirilmiş xəzinəni tapdığını və xəzinənin yarısını almaq şərti ilə koordinatlarını Kolumbiya hökumətinə çatdırdığını açıqlayıb. Kolumbiya hökuməti isə xəzinənin bütünlükdə onlara çatacağını bildirib və nəticədə iş məhkəməyə qədər uzanıb. Hazırda ABŞ şirkəti Kolumbiya hökumətindən və İspaniyadan 10 milyard dollar tələb edir.

Həmçinin qeyd olunur ki, Kolumbiya hökuməti bütün mübahisələrə baxmayaraq batan gəmini çıxarmağa çalışarkən, dünyanın müxtəlif ölkələrindən olan xəzinə ovçuları bu qənimətdən pay qoparmaq üçün bölgəyə axın etməyə başlayıb.
"AzPolitika.info"

Şərhlər