Ötən gün ABŞ-da baş tutan Veteranlar Günü ilə bağlı tədbirdə iştirak edən Co Bayden yenə qəribə hərəkətləri ilə gündəmə gəlməyi bacarıb.

“AzPolitika.info” xəbər verir ki, ABŞ lideri mərasim zamanı nə edəcəyini unudub və yaxınlıqdakı əsgərdən kömək istəməli olub. Bayden və hərbçi arasında baş tutan qısa dialoq kameraların diqqətindən yayınmayıb.

“İndi nə etməliyik”- deyə sual edən Baydenə hərbçinin cavabı bu cür olub:“Yerinizə keçin, cənab”.

Tez-tez bu cür anlaşılmaz hərəkətləri ilə gündəmə gələn Bayden bu dəfə də sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.

AzPolitika.info”