50-yə yaxın yəhudi milyarder İsrailyönlü xəbərlərin yayımlanması üçün ABŞ və Avropa mətbuatına böyük vəsaitlər ödəyəcəklər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “Semafor” nəşri məlumat yayıb.
Məlumata görə, Təl-Əviv administrasiyası məlum hadisələrdən sonra imicinin daha da pisləşməsinin qarşısını almaq üçün sosial şəbəkələrə güclü təzyiq göstərir. Nəticədə başda “İnstagram” və “Facebook” olmaqla bir çox sosial media orqanları İsrailin Qəzzadakı qətliamlarına senzura tətbiq edir. İsrail sosial şəbəkələr üzərindəki bu təzyiqini böyük media orqanlarına qarşı da tətbiq etmək niyyətindədir.
Sayt iddia edir ki, amerikalı milyarder Barri Sternlixt və daşınmaz əmlak maqnatı və sərmayəçisi Bill Akmanın başlatdığı kampaniya çərçivəsində yəhudi milyarderlər Fələstinlə bağlı İsrailin üzləşdiyi etirazları bu yolla yumşaltmağa çalışacaqlar.
“AzPolitika.info”


Şərhlər