Menu

Generalın həbsdən çıxan bacısı oğlu yeni vəzifəyə təyin edildi - FOTO

14.11.2023, 11:47
Generalın həbsdən çıxan bacısı oğlu yeni vəzifəyə təyin edildi - FOTO

Rüşvət ittihamı ilə həbs edilmiş Fövqəladə Hallar Nazirliyinin Modul tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev yeni işə başlayıb.

“Unikal”ın əldə etdiyi məlumata görə, İ. Ağayev Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji klinikasının direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İmran Ağayev fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadənin bacısı oğludur.

Xatırladaq ki, İmran Ağayev koronavirus xəstələrinin FHN hospitalının “VİP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. 2021-ci il aprelin 22-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə, Ali Məhkəmə isə 3 ilə endirib. Beləliklə, bu il aprelin 22-də onun cəza müddətinin üçdə iki hissəsi tamam olub və İmran Ağayev azadlığa buraxılıb.

Generalın həbsdən çıxan bacısı oğlu yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO

Şərhlər

ƏNHU 2023-11-14 18:57:20

Ölkədə elə adamlar var ki, bütün qanunlar, hətta konstitusiya onların qarşısında diz çökür. Belə bir cəmiyyətdə yaşamaq olduqca əzablıdır.

X 2023-11-14 17:02:43

Analodi olmayan ölkə

Magiran 2023-11-14 13:56:41

Bərəkallah.Cunqildir e cunquli

Nazim 2023-11-14 13:45:55

Bashligi qerezli yazirsiz, Azerbaycanda azadliqda gezen coxsayli rushvetxorlar var... ozunuz de bilirsiz...bele bashliqlarla insanlari aldada bilmezsiniz...

Tural 2023-11-14 13:31:34

Dövlətin pulunu bəs deyincə oğurlayıb gəlməyini tam təmin elədi. İki il də həbsxanada dövlətin gündəlik ayırdığı 30 manatı yeyib çıxdı. Bundan sonra kimə desən
ki, dövlətin pulunu oğurlama, deyəcəklər ki, başın xarabdır. Haydı həkim di get öğurladığını dədənin malı kimi ye, kef elə

Vətəndaş 2023-11-14 12:00:22

Bu şəxsin rüşvətxorluğu məhkəmə ilə sübut olunaraq həbs edilib.bəs məhbusluğuoıan şəxsin vəzifəyə təyinini nədən xəbər erdiyinin fərqinə olan yoxmuş?Bu adam yenə öz əməini yeni erdə davam edəcək.Bu Azərbaycan reallığıdır.Dayısi o boyda idarənin generalıdır.bəs onların milliyyəti və haralı olması?Kəmaləddinlə münasibət!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol