Menu

"Ukraynada intensiv döyüşlər davam edir, vəziyyət çətindir" - NATO Baş katibi

14.11.2023, 12:08
"Ukraynada intensiv döyüşlər davam edir, vəziyyət çətindir" - NATO Baş katibi

Ukraynada intensiv döyüşlər davam edir. Döyüş meydanında vəziyyət çətindir.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stotlenberq Brüsseldə Aİ müdafiə nazirlərinin görüşündən qabaq jurnalistlərə açıqlamasında bildirib.

“Döyüş meydanında vəziyyət çətindir və bu, bizim Ukraynaya hərbi dəstəyimizi davam etdirməyi və artırmağı daha da vacib edir. Biz icazə verə bilmərik ki, Prezident Putin qalib gəlsin. Ukrayna Avropada suveren və müstəqil ölkə olaraq qələbə qazanmalıdır. Ukraynanı dəstəkləmək bizim marağımızdadır”, - Baş katib qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol