Milli Məclisə yeni avtomobillər alınıb.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev deyib.
İşlər müdiri bildirib ki, Milli Məclisin deputatları, parlamentin Aparatı və İşlər İdarəsinin əməkdaşları mütəmadi olaraq kompüterlərlə təmin edilir: "Xarici qonaqların Milli Məclisdə qarşılanması, Milli Məclisin deputatlarının xaricə səfərləri üçün ezamiyyə xərcləri artıb. Milli Məclisin avtoparkının yenilənməsi üçün 2023-cü ildə avtomobillər, Milli Məclisin plenar iclasının texniki təminatı üçün 2006-cı və 2009-cu illərdə quraşdırılmış elektron səsvermə sistemi üçün avadanlıqlar alınıb”.


Şərhlər
Milləti acından günorta duran milləton Milli məclisinə vəsatin lazımsız yerə artırılması ən azı vicdansızlıqdr.Ərzaq qiymətləri,kommunal,,xidmət xərcləri dutmadan artdığı məmləkətdə insanların yaşam vəziyyəti getdikcə ağırlaşır.Hökumətin nəzərdə tutduğu bu artımlar qarşısında cüzi artım isə
onsuz da ağır vəziyyəri daha da çətin vəziyyətə salır.Əgər ölkənin vəsaiti varsa niyə xalqın güzəranına yox,faydasız,xalq seçməyən "deputatlara" artıq və yersiz məsrəf edilir?