Xəbər verildiyi kimi, ötən gün Çin Xalq Respublikasının sədri Si Cinpin ilə ABŞ lideri Co Bayden arasında San-Fransisko şəhərində görüş baş tutub.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq Cinpin ilə Bayden arasında baş tutan dialoqun bir sıra təfərrüatlarını açıqlayıb.

Məlum olub ki, Bayden mobil telefonunda Çin liderinin 1985-ci ildə ABŞ-a səfəri zamanı San-Fransiskodakı Qızıl Qapı körpüsündə çəkilmiş şəklini göstərib və zarafatla:“Bu gənci tanıyırsan?” deyə soruşub. Çin prezidenti isə gülərək: “Bu, 38 il əvvəl idi” cavabını verib.

Daha sonra Cinpin ABŞ-a səfəri çərçivəsində 38 il əvvəl, yəni 1985-ci ildə görüşdüyü Çin-ABŞ dostluq qrupunun üzvləri və İkinci Dünya Müharibəsi veteranları ilə yenidən bir araya gəlib. Çin lideri şam yeməyində 38 il əvvəl baş tutan səfəri zamanı qaldığı yerlərin ünvanlarını xatırladığını vurğulayaraq bunları deyib: “Ayova ştatında Dvorçaklarda qaldım. Bu, mənim amerikalılarla ilk üz-üzə ünsiyyətim idi. Onlarla keçirdiyim günlər unudulmazdır. Mənim üçün onlar Amerikanı təmsil edirlər”.
“AzPolitika.info”

Şərhlər