Menu

İsveç daha bir PKK üzvünü Türkiyəyə təhvil verib

16.11.2023, 17:19
İsveç daha bir PKK üzvünü Türkiyəyə təhvil verib

İsveç PKK terror təşkilatının bir üzvünü Türkiyəyə təhvil verib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar bildirib.

Terrorçunun adı və vəzifəsi hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, Türkiyənin terrorçuluqda şübhəli bilinən şəxsərin təhvil verilməsi İsveçin NATO-ya üzv olmaqdan ötrü Ankaranın irəli sürdüyü şərt idi.

İlk dəfə İsveç PKK ilə əlaqəsi olan şəxsi 2022-ci ilin dekabrında Türkiyəyə təhvil verib.

2023-cü ilin iyununda da İsveç Türkiyəyə PKK tərəfdarını təhvil verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol