Menu

"Ermənistan və himayədarları illuziyadan qurtulmalıdır" – Ramiz Yunus

17.11.2023, 10:55
"Ermənistan və  himayədarları illuziyadan qurtulmalıdır" – Ramiz Yunus

“Azərbaycan nəhayət öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqaz regionunda status-kvo tamamilə dəyişib və dünyada hər kəs bununla hesablaşmalı olacaq”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-da yaşayan tanınmış azərbaycanlı siyasi şərhçi Ramiz Yunus bildirib. 

“Ermənistanın Brüsseldə və Vaşinqtonda müəyyən siyasi qüvvələr vasitəsilə Azərbaycana təzyiq göstərmək cəhdləri qeyri-məhsuldardır və iki ölkə arasında sülh prosesinin növbəti dəfə zərbə altında qoyacaq”, - ekspert əlavə edib.

R.Yunusun sözlərinə görə, rəsmi Bakının xarici işlər nazirlərinin Vaşinqtonda görüşməkdən imtina etməsi bunun əyani təsdiqidir: “Ermənistan və onların himayədarları üçün illüziyalardan qurtulmaq vaxtının yetişdiyini başa düşmək vaxtıdır. Fridrix Nitsşenin dediyi kimi: “Bəzən insanlar həqiqəti eşitmək istəmirlər, çünki illüziyalarının məhv olmasını istəmirlər”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol