Regionda ABŞ-ın geosiyası maraqlarını Azərbaycana təzyiqlərlə təmin etmək yanlış hesablamadır və Vaşinqtonun 15 il əvvəlki strateji xətalara yol vermək üzrə olduğunu deməyə əsas verir. ABŞ-da regionun geosiyasi dinamikası, yaxın tarixi və buraxılan səhvlərin düzgün təhlilinə ehtiyac var.

Ötən il sentyabr ayında ABŞ Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosinin Ermənistan səfəri Vaşinqtonun Cənubi Qafqaz siyasətində son beş ildə sezilməyə başlayan yeni tendensiyanı daha açıq nümayiş etdirdi. Vaşinqtonda son otuz ildə Rusiyanın forpostu, iqtisadiyyatı tamamilə rusların nəzarətində olan, ərazisində Rusiya hərbi bazası yerləşən Ermənistanı orbitində saxlamaq üçün açıq mübarizəyə qərar verilib. 15 noyabr 2023-cü il tarixdə ABŞ Nümayəndələr Palatasında Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsində Azərbaycan-Ermənistan münasibətlərinə dair keçirilən dinləmələr bir daha Cənubi Qafqazda ABŞ-ın yanaşmasının əsas konturları ilə bağlı təxminləri təsdiqlədi.

ABŞ əlverişli beynəlxalq vəziyyət və mövcud şərtlərdən maksimum yararlanmağa çalışaraq 2018-ci ildə Nikol Paşinyanın baş nazir seçilməsiylə nəticələnən üstünlüyünü mümkün qədər möhkəmləndirmək niyyətindədir. Moskvanın Ermənistana təsirini azaltmaq Vaşinqtonda həm də bir ideoloji qələbə, Putin Rusiyasına ağır zərbə kimi qəbul edilir. Ermənistanda ABŞ-Rusiya rəqabəti artıq açıq qarşıdurma həddinə çatıb və baş verən proseslər 2014-сü il Ukraynadakı Maydan hərəkatını xatırladır. ABŞ-ın Ermənistanda Rusiya ilə qarşıdurmanı Rusiya və Çin ilə qlobal mübarizənin, rəqabətin bir elementi kimi dəyərləndirməsi şübhə doğurmur və İrəvanda Moskvanı məğlub etmək Bayden adminstrasiyası üçün ciddi nailiyyət kimi qiymətləndirilir. ABŞ-ın Ermənistanda Rusiya ilə açıq qarşıdurması və Moskva-Vaşinqton rəqabəti bütün regiona təsir göstərir və Vaşinqtonun bir çox hallarda birtərəfli baxışı və ABŞ-ın regionla əlaqədar 2008-2013-cü illərdəki səhvlərini təkrarlaması 15 il əvvəlki kimi böyük risklər yaradır.

ABŞ-ın Cənubi Qafqazdakı 15 il əvvəlki strateji xətası və onun mənfi təsirləri

18 il əvvəl, 2005-ci il mayın 9-da axşam saatlarında ABŞ prezidenti Corc Buş Moskvadan Tbilisiyə gəlmişdi və bir gün sonra Azadlıq meydanında çıxış edərək demişdi: “Siz azadlıq mübarizəsinin geniş vüsət aldığı, Qara dənizdən Xəzər dənizinə qədər irəlilədiyi bir dövrdə yaşayırsınız, fəxr etməlisiniz ki, onlara nümunə oldunuz və onlara qələbəyə inam aşıladınız”. Prezident Saakaşvili isə bəyan etmişdi ki, “Gürcüstana ilk dəfə dünyanın ən güclü dövlətinin lideri ancaq dost, tərəfdaş və müttəfiq kimi gəlib... Amerika dünyada Gürcüstanın azadlığını və demokratiyasını qoruyan ilk ölkə oldu. Biz hədsiz dərəcədə minnətdarıq"...

ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın açıqlamaları keçmiş ABŞ prezidetinin yuxarıda qeyed eilən çıxışını çox xatırladır, hətta çox bənzərlik var. Dinləmlərdə O’Brayn deyir: Bizim üzərində işlədiyimiz ikinci məsələ Ermənistanı dəstəkləməkdir. Ermənistan hökumətinin islahatlara və əlaqələrinin (iqtisadi, siyasi, enerji və təhlükəsizlik) şaxələndirilməsinə sadiqliyi məni çox heyran etdi. Düşünürəm ki, biz Ermənistan xalqına bu çətin vəziyyətdən çıxmaqda onlara kömək etməyi borcluyuq ki, onların çox cəsarətlə etdikləri seçimlər onlara daha təhlükəsiz, sabit və firavan gələcəyə sahib olmağa kömək etsin. Biz qarşıdakı aylarda Ermənistana dəstək təklif etmək üçün Avropa İttifaqı ilə sıx əməkdaşlıq edirik”.

ABŞ Prezidenti Corc Buşun səfərdən üç il sonra 2008-ci avqust ayında baş verən Rusiya-Gürcüstan müharibəsində Gürcüstan ağır məğlubiyyətə uğradı və 2013-cü ildə Moskvanın dəstəklədiyi qüvvələr qalib gəldilər və hazırda hakim mövqedədilər. ABŞ strateqləri regiondakı vəziyyəti düzgün qiymətləndirməmişdilər və strateji xətaya yol vermişdilər.

Həmçinin, Saakaşvilinin imkanlarını həddindən artıq dəyərləndirmiş və Moskvanın isə potensialını və qətiyyətli mövqeyini hesablaya bilməmişdilər. Rusiyanın Gürcüstanda qələbəsi Moskvanın bütün regionda təsirini gücləndirdi və geniş Orta Asiya-Xəzər hövzəsi-Cənubi Qafaqaz bölgəsində ruslar strateji nəzarətə malik oldular. 2014-cü ildə Krım işğal olundu, bunun ardından 2015-ci ildə Rusiya Suriyada hərbi əməliyyatlara başladı, 2015-ci ildə Ukrayna ağır məğlubiyyətlərdən sonra “Minsk 2” sazişinə imza atmaq məcburiyyətində qaldı.

Bütün bu mürəkkəb geosiyasi proseslərdə Azərbaycan tarazlaşdırılmış siyasətini qorudu və Kremlin təzyiqlərinə baxmayaraq Rusiyanın yaratdığı Avrasiya Birliyinə, Kollektiv Təhlükəsizlik Təşkilatına doğru hərəkət etmədi, həmçinin Qarabağ məsələsində güzəştə getmədi. Azərbaycan Cənub Qaz Dəhlizi meqalayihəsiylə, Bakı-Tbilisi-Ceyhan dəmir yolu, Şimal-Cənub, Transxəzər nəqliyyat dəhlizləri ilə regionda Rusiyadan kənar inteqrasiyaya və iqtisadi dayanıqlığa əhəmiyyətli töhfə verdi, Avropa ilə əməkdaşlığı genişləndirdi, Aİ ölkələrinin enerji təchizatında şaxaləndirməyə imkan yaratdı. Rusiyanın rgionda təsir imkanları artsa da Azərbaycan İsrail, Türkiyə, ABŞ və Avropa Birliyi ilə əməkdaşlığı intensivləşdirərək tarazlığı və əsasən müstəqil xarici siyasətini qoruya bildi.Azərbaycanın bu mövqeyi əhəmiyyətli dərəcədə bölgədə ABŞ və Aİ təsirini, maraqlarını gündəlkdə saxlamağa imkan verdi, Kremlin tam dominat olmasının qarşısını alan əsas amillərdən birinə çevrildi.


Azərbaycanın qələbəsi geniş coğrafiyda yeni geosiyasi baxış formalaşdırdı

2020-ci il 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsi Rusiyanın SSRİ-nin süqutundan sonra dondurulmuş münaqişələrlə bütün postsovet məkanını idarəetmək paradiqmasını yerlə-yeksan etdi. Azərbaycan nümayiş etdirdi ki, Rusiyanı kompomisə getməyə məcbur etmək mümkündür və Türkiyə bütün keçmiş SSRİ coğrafiyasında alternativ güc mənbəyi kimi çıxış edə bilər. Bakı Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatına (TDT) yeni formatda gücləndirərək Orta Asiya, Cənubi Qafqazda Kremlin əzici təsirini neytrallaşdırmaq potensialı yaratdılar. Azərbaycanın hərbi qələbəsi və performansı, Ankara ilə hərbi əməkdaşlıq türk dövlətləri üçün nümunə oldu və bu geniş coğrafiyda yeni geosiyasi baxış formalaşdırdı. Azərbaycanın hərbi qələbəsi və performansı Rusiyanın yaratdığı hərbi mifləri də dağıtmağa kömək elədi, uğurlu müharibə nümunəsi yaratdı.

Azərbaycanın İkinci Qarabağ savaşında qələbəsi və Ermənistana ədalətli sülh təklif etməsi, ABŞ və Aİ-nin vasitəçiliyi ilə İrəvanla aparılan danışıqlar, əldə olunmuş ilkin razılaşmalar ermənilər üçün Kremlin forpostu formatından çıxmaq üçün tarixi imkan yaratdı. Bu məsələdə Azərbaycan ABŞ-la fəal əməkdaşlıq edərək Vaşinqtonun əsas vasitəçi statusuna qayıtmasına yardımçı oldu.

ABŞ hansı səhvlərindən dərs almalı idi?

Bütün bu proseslərdə Azərbaycanın gözləntisi ölkəmizin qayğıları, üzləşdiyi çağırışlar ABŞ-da obyektiv təhlil olunacağı və müvafiq addımların atılmasıydı. Sentyabrın 14-də ABŞ Senatında və 15 noyabrda Nümayəndələr Palatasında Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı dinləmələrdə sərgilənmiş mövqe və Dövlət Departamentinin rəsmilərinin çıxışı yenə Vaşinqtonun ənənəvi strateji xətalara yol vermək üzrə olduğunu söyləməyə imkan verir.

Bunu ABŞ-da Azərbaycanı yaxşı tanıyan, Vaşinqtonun ölkəmizdə işləmiş keçmiş diplomatları da qeyd edirlər ki, Amerika 2020-ci ildən sonra Azərbaycan gündəliyini yeniləməlidir. Keçmiş səfir Robert Sekuta 2021-ci il yanvar ayında Xəzər Siyasət Mərkəzinin xüsusi siyasət xülasəsində qeyd edir ki, “ikitərəfli münasibətlərin yenidən qiymətləndirilməsi- ABŞ nöqteyi-nəzərindən ən azı beş məqamı əhatə etməlidir: Rusiya, Çin və İran ambisiyaları problemlərin həllində Azərbaycanla fəal əməkdaşlıq, Ermənistanla Azərbaycan arasında sülh yaratmaq, Azərbaycanın regional əlaqələrin genişləndirilməsinin açarı kimi xidmət etmək potensialı istifadə etmək, enerji sahəsində uzunmüddətli əməkdaşlıqa söykənmək, daha çox effektiv dialoq vasitəsilə problemləri həll etmək”.

ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə əlaqədar yenidən fəal vasitəçilik səylərini bərpa etməsindən, yəni təxminən bir il əvvəl ötən ilin iyunundan bu ilin əvvəlinə qədər Vaşinqtonun mövqeyində bəzi təzadlar olsa da əsasən müsbət qiymətləndirilirdi. Xüsusən, Vaşinqtonda Azərbaycanın ərazi bütövlüyünün heç bir şərtlərlə mübahisələndirilə bilməyəcəyi yanaşması Bakıda obyektiv mövqe kimi dəyərləndirilirdi.

R.Sekutanın qeyd etdiyi kimi, ikitərəfli münasibətlərin yenidən qiymətləndirilməsinin baş verəcəyi gözləntisi yaranmışdı. Ümid varıydı ki, Vaşinqtonda Azərbaycanın həm Rusiya, həm İranla sərhəd olan yeganə ölkə olduğu gerçəyi, Cənubi Qafazın bugünkü reallığı və tarixi, 30 illik əməkdaşlıq təcrübəsi obyektiv dəyərləndiriləcək. Gürcüstanla əlaqədar siyasətin iflasa uğraması, bunun nəticəsində Rusiyanın güclənərək Ukrayna və Suriyada güc göstərməsi nəzərə alınacaq. Azərbaycanın İran və Rusiya ilə həmsərhəd ölkə kimi üzləşdiyi çağırışlara həssas yanaşılacaq, Bakının təhlükəsizliklə bağlı ehtiyacları və bundan irəli gələn qərarlar anlayışla qarşılanacaq. Eyni zamanda Qarabağla əlaqədar məsələlərdə Vaşqintonun Azərbaycanın Rusiyanın təsir imkanlarını tamamilə zəiflətmək səylərinin dəstəklənəcəyi də əsas gözləntiydi. Azərbaycanın Qarabağ bölgəsi üzərində suverenliyini tam bərpa etməsi məhz Rusiyanın təsir imkanlarının zəifləməsiylə nəticələnəcəyi heç kimdə şübhə doğurmurdu və rəsmi Bakı Vaşinqtonun bu mövqedən çıxış edəcəyinə ümid edirdi.

Qarabağ bölgəsindən ermənilərin qeyri-qanuni silahlı qüvvələrinin tərksilah edilməsi və çıxarılması, Rusiyanın dəstəklədiyi hərbi xuntanın tarix səhnəsindən silinməsi, Azərbaycanın Qarabağ bölgəsi üzərində suverenliyini tam bərpa etməsi və hər hansı sepratzimə zəmin yaradacaq amillərin aradan qaldırılması Rusiyanın təsirini neytrallaşdırmaq strategiyasında mühüm addımdır. Bu məsələdə Azərbaycanın mövqeyini mübahisələndirmək, ermənilərin separatçı təşəbbüslərini dəstəkləmək Vaşinqtonun strateji xətası, səhvi kimi dəyərləndirilməlidir.

Bu mövqe rəsmi Bakının mərhələ-mərhələ, imkanlar yarandıqca Rusiyanın təsirini neytrallaşdırmaq səylərinə ən böyük zərbədir.Erməni separatçılarına, Paşinyan iqtidarının ikili siyasətinə, Azərbaycan ərazisində yenidən separatçı, revanşist hərakatın başlamasının zəminlərini yaratmaq siyasətinə dəstək verməklə 15 il əvvəlki Gürcüstanda etdikləri səhvi təkrarlayırlar.

Bu gün yanlış olaraq uğur, üstünlük kimi qiymətləndirdikləri böyük məğlubiyyət riski daşıyan strateji xətalardır. Bu gün strateji səbr nümayiş etdirmək, daha böyük və qalıcı uğur üçün bir müddət gözləmək və cəsarətli addımlar atmaq daha doğru olardı.


Ermənistana birtərəfli dəstək verməklə ABŞ hansı riskləri yaradır

Bu gün bölgədə separatçılığı cücərdəcək təşəbbüslərə hər hansı formada dəstək vermək yaxın perespektivdə elə ABŞ maraqları üçün böyük risk yaradır. Bu separatçılaırn 30 il kimim müsuqisi ilə oyandığı da unudulmamalıdır. Ermənistandakı ABŞ maraqlarını Azərbaycana təzyiqlərlə möhkəmləndirmək yanlış hesablamadır və strateji baxımdan olduqca yanlış bir addımdır və bölgənin geosiyasi dinamikasını düzgün təhlil edilməməsinin nəticəsidir.

Cənubi Qafqazın məhvər ölkəsi Azərbaycandır və rəsmi Bakının bütün Xəzər hövzəsinə təsir imkanları mövcuddur, Ermənistan isə yalnız geosiyasi mübarizədə adi piyada rolundadır və yalnız xarici dəstəklə fəallaşa bilir. Xüsusən orta perspektivdə regionda Ermənistan anacaq xarici təsirin daşıyıcısı olaraq qalacaq və Gürcüstanda 10 il əvvəl oldğu kimi ABŞ-ın əsas tərəfdaş statusunu itirməsi hər an mümkündür və Ermənistanın müasir tarixi bu cür hadisələrlə zəngindir.

Çağdaş tarix də göstərir ki, Ukrayna və Gürcüstanla müqayisədə Azərbaycana münasibətdə ikili yanaşma ABŞ-ın strateji səhvidir. İkinci Qarabağ müharibəsindən sonra məhz bu səhv strategiya nəticəsində Vaşiqnton tamamilə oyundankənar vəziyyətə düşdü.

15 il vvəl olduğu kimi Vaşinqton strateqləri hesab edirlər ki, prosesləri nəzarətdə saxlaya, bir əldə iki qarpız tuta biləcəklər. 12 il əvvəl Misirdə bu cür səhv addımlar atılmışdı, Suriyada yanlış qərarlar verilmişdi. Güman olunurdu ki, iqtidarları dəyişən, ABŞ-la tamamilə zidd ideologiyanı bölüşən qüvvələrə olsa da, Vaşinqton onları nəzarətdə saxlaya biləcək, lakin bu baş vermədi.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində və Nümayəndələr Palatasında dinləmələr Vşainqtonun Cənub Qafqazla bağlı indiyəqədərki təcrübəni, strateji xətaları və regionun geosiyasi dinamikasını şərtləndirən əsas amilləri nəzərə alan uzunmüddətli strategiyasının olmamasını göstərdi. Açıq göründü ki, Vaşinqton situativ hərəkət edir və taktiki maraqlar ön plana çıxıb. ABŞ kimi qlobal gücün qısa zaman kəsiyində bu cür təzadlı siyasət sərgiləməsi gələcək uğursuzluğu şərtləndirir.

ABŞ-ın irrasional Cənub Qafqaz siyasəti nə ilə nəticələnək?

Azərbaycanda ABŞ münasibətlərinin hər iki ölkənin maraqlarını nəzərə alan, bütün bölgədə sülhü və rifahı dəstəkləyəcək formatda inkişaf etməsi üçün səy göstərən, bu sahədə təşəbbüsləri dəstəkləyən, təşviq edən dairələr bu mövqeni təəssüflə qarşılayırlar. Bu mövqe ABŞ analitikləri və analitik mərkəzlərin bu vaxta qədər irəli sürdüyü tövsiyyələrlə də ziddiyət təşkil edir. “Foreign Policy” jurnalında “Heritage” Amerika Fondunun Duqlas və Sara Ellison adına xarici siyasət mərkəzinin direktoru Lük Koffinin və “Caspian Policy Center” analitik mərkəzinin direktoru Əfqan Niftinin “Azərbaycan Qərbə niyə bu dərəcədə lazımdır?” sərlövhəli məqaləsində müəlliflər qeyd edirlər ki, Şərqlə Qərb arasında mühüm ticari, energetika və iqtisadiyyat əlaqələrinin daha da möhkəmləndirilməsi üçün ABŞ və Avropa Bakı ilə münasibətlərə prioritet diqqət ayırmalıdırlar. Qərb Ermənistan ilə yaxşı münasibətlərə səylərini davam etdirməli, lakin Birləşmiş Ştatlar regionda öz strateji prioritetlərini müəyyənləşdirərkən daha diqqətli və realist olmalıdır. Təəssüf ki, ABŞ siyasətində hazırda bu realist yanaşmanı, R.Sekutanın qeyd etdiyi yenidən qiymətləndirməni görmürük. Təəssüf ki, erməni lobbisinin hətta ABŞ-ın milli təhlükəsizlik və milli maraqlar məsələsində təsiri aşkar hiss olunur. ABŞ-ın Cənubi Qafqazda xarici siyasətini fatal səhvlərə sürükləyən bu neqativ təsir yaxın gələcəkdə Vşainqton üçün böyük risklər yaradacaq yanlış yanaşmaya yol açmaq gücündədir.


Obama administrasiyasını xarici siyasətdə iflasını daha irrasionl siyasət və məqsədlərlə əlaqələndirirlər. ABŞ diplomatiyasının itirilmiş illərində Rusiya gücləndi və Yaxın Şərqdə, Avrasiyada əsas oyunçu statusuna qayıtdı, həmçinin Cənubi Qafqazda da mövqelər itirildi. Hazırda da Bayden administrasiyası məhz Cənubi Qafqazda irrasional siyasət yürüdür. Ermənistanın birtərəfli dəstəklənməsi, Azərbaycanın obyektiv mövqeyinin və təbii maraqlarının nəzərə alınmaması, İrəvanın Rusiyaya qarşı strateji müttəfiq olması perspektivinə inam sabahkı məğlubiyyətə yol açan irrasional siyasətdir. Bu kontekstdə Rusiya rəsmilərinin sözlərini də xatırlatmaq yerinə düşər, “Rusiyada Ermənistandan daha çox erməni yaşayır və erməni dövlətini indiki formatda əvvəlçə Çar sarayında, daha sonra Stalinin və Yeltsinin, Putinin kabinetində yaradıblar”.

“Veritas” Siyasi Analiz və Tədqiqatlar Mərkəzi