Menu

RƏŞAD DAĞLI QƏTL TÖRƏTDİYİ YERDƏ DİNDİRİLİB - İstintaq görüntüləri yayıldı + VİDEO

23.11.2023, 12:05
RƏŞAD DAĞLI QƏTL TÖRƏTDİYİ YERDƏ DİNDİRİLİB - İstintaq görüntüləri yayıldı + VİDEO

Tanınmış meyxanaçı Rəşad Dağlının istintaq dövründə qətl törətdiyi yerə aparılıb ifadə verdiyi görüntüləri yayılıb.

“Qafqazinfo”nun olaraq əldə etdiyi videoda o, Lökbatan dairəsi yaxınlığındakı ərazidə qonşusu İsgəndər Mehdiyevi necə öldürdüyünü əyani şəkildə göstərib. Məlum olduğu kimi, həmin görüntülər bir il əvvələ aiddir. Meyxanaçı, eyni zamanda təqsirləndirilən şəxs statusunda prokurorluqda müstəntiqə ifadə verib.

Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sözügedən videonu təqdim edirik:

Şərhlər

Mobil 2023-11-24 12:08:31

Bıçağı da qoydum mərhumun yanına

dadaşyev 2023-11-23 14:35:28

Meyxana yeniyetmələrin tərbiyəsinə mənfi təsir göstərir.Tamamən ekranlardan yığışdırmaq lazımdır.Bu şifahi janr məhləuşaqları üçündür,çünki bekarçılıqdan yaranıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol