Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabrda Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitlərində iştirak edəcəyini gözləyir.
“İnanıram ki, Ermənistanın nümayəndələri Sankt-Peterburqa gələcəklər”, - o deyib.
“MDB ölkələri liderlərinin qeyri-rəsmi ənənəvi görüşü və Aİİ-nin rəsmi görüşü olacaq. Yeri gəlmişkən, bu görüşdə Rusiyadan sonra Ermənistan sədrlik edir, ona görə də hesab edirəm ki, Paşinyan estafeti Vladimir Putindən almağa gələcək”, - Kreml nümayəndəsi jurnalistlərə bildirib.
“AzPolitika.info”


Şərhlər