Məlum olduğu kimi, 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin qrup oyunları başa çatıb.
“AzPolitika.info” xəbər verir ki, “Avropa Çempionu” ünvanı uğrunda 24 milli komanda mübarizə aparacaq. Onlardan 21-nin adı məlum olsa da, digər 3 komandanın adına gələn ilin mart ayında keçiriləcək pley-off mərhələsinin oyunlarından sonra aydınlıq gələcək.
Hazırda mundiala vəsiqə qazanan ölkələr ve yerləşdikləri qruplar belədir:
A qrupu
Almaniya, Portuqaliya, Fransa, İngiltərə, Belçika, İspaniya
B qrupu
Türkiyə, Danimarka, Macarıstan, Albaniya, Rumıniya, Avstriya
C qrupu
Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya, Hollandiya, Şotlandiya
D qrupu
Serbiya, İtaliya, İsveçrə, pley-offdan gələcək 3 komanda

Qeyd edək ki, məşhur “Goal” saytı AVRO 2024-ün favorit komandalarını sıralayıb.
Turnirdə iştirakı təsdiqlənmiş 21 komanda olduğundan, sıralamada 21 milli komanda yer alıb.
Həmin sıralamanı təqdim edirik:
1- Fransa
2- Portuqaliya
3 - İspaniya
4 - İngiltərə
5 - Belçika
6 - Avstriya
7- Macarıstan
8 - Türkiyə
9 – Albaniya
10 – Hollandiya
11- İtaliya
12 - Xorvatiya
13- Rumıniya
14- Şotlandiya
15- Almaniya
16- Danimarka
17- Slovakiya
18 –Sloveniya
19- İsveçrə
20- Serbiya
21- Çexiya
Onu da qeyd edək ki, 14 iyundan 14 iyul tarixinədək davam edəcək çempionatın qalibi 34 milyon dollar mükafat alacaq. FIFA ümumilikdə turnir üçün 371 milyon avro mükafat məbləği təyin edib. Turnirə qatılan hər bir ölkə 9,25 milyon avro qazanacaq. Qrupdakı hər qalibiyyət 1,5 milyon avro, hər heç-heçə isə 750 000 avro ilə mükafatlandırılacaq. 1/8 finala çıxan komandalar 2 milyon avro, 1/4 finala yüksələnlərə isə 3,25 milyon avro ödəniş olunacaq.
FIFA yarımfinala çıxan komandaların hər birinə 5 milyon avro, çempion komandaya 10 milyon, finalistə isə 7 milyon avro ödəyəcək. Bu rəqəmlərə əsasən, qrupunda bütün oyunları qazanıb, finala çıxan ölkə ümumilikdə 34 milyon avro qazanc əldə edə bilər.
“AzPolitika.info”

Şərhlər