Menu

Dini Komitə son günlər qəbiristanlıqlarla bağlı səsləndirilən fikirlərə münasibət bildirib

24.11.2023, 17:49
Dini Komitə son günlər qəbiristanlıqlarla bağlı səsləndirilən fikirlərə münasibət bildirib

“Qəbiristanlıqların reyestri (qeydiyyata alınması) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) səlahiyyətlərinə daxildir. Qəbiristanlıqların idarə olunmasını isə bələdiyyələr təşkil edir”.

Bunu “Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva son günlər qəbiristanlıqlarla bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, DQİDK dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət edilməsini, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Şöbə müdiri xatırladıb ki, Nazirlər Kabinetinin qərarı ilə “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiq olunub: “Bu qaydalara əsasən, qəbiristanlıqların reyestri (qeydiyyata alınması) Dövlət Komitəsinin səlahiyyətlərinə daxildir. Qaydalar əsasən qəbiristanlıqların idarə olunması isə bələdiyyələr tərəfindən təşkil edilir. Həmçinin “Bələdiyyələrin statusu haqqında” qanuna əsasən mövcud qəbiristanlıqların qorunması, saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, yeni qəbiristanlıq sahələrinin ayrılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin təmiri və yenilərinin inşası, mərasim və dəfn xidmətlərinin, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım göstərilməsinin bələdiyyələr tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda qəbiristanlıqların salınması, idarə olunması Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçirilir”.

Şərhlər

Vətəndaş 2023-11-24 19:50:04

Bu mərkəzi Icra orqanının nəyi icra etdiyi cəmiyyətə bəlli deyl.Çünki heç bir icra görünmür.Boş yerə büdcə yeyilir.Əgər fəaliyyəti varsa göstərin.Ara bir yarımçıq məlumatlar işləmək sayılmır.Hansı sahədə nə fəaliyyətiniz görünür?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol