Bir neçə gün əvvəl yanğın baş verən “Taxta bazarı”nda zərərçəkənlərdən biri keçmiş məmurdur. Sözügedən şəxs sahibkar Əmrah Cəfərovdur.
O, uzun müddət keçmiş Nəqliyyat Nazirliyində işləyib. Nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakı sərnişin və yük daşımalarının təşkili İdarəsinin rəis müavini və Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini vəzifələrində çalışıb. Eləcə də Bakı Nəqliyyat Agentliyinin taksi fəaliyyətinin planlaşdırılması şöbəsinin müdiri olub.
Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ə.Cəfərov yanğında ən çox zərərçəkənlərdən biridir.
O, İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bir milyon yarımlıq malı yanaraq külə dönüb. Zərərçəkən yanğından bir gün əvvəl obyektə bir vaqon mal gətirildiyini söyləyib. Sahibkar yanaraq külə dönmüş obyektinin 800 kvadratmetrə yaxın olduğunu bildirib.
Qeyd edək ki, noyabrın 23-də Dərnəgüldə yerləşən “Taxta bazar”ında güclü yanğın baş verib. Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərinin içərisindəki müxtəlif çeşidli (taxta-şalban və s.) mallar yanıb. Yanğın söndürülsə də, sahibkarlara xeyli sayda zərər dəyib. Fakta görə cinayət işi başlanıb.
Yanğının səbəbinin və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilib.
Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
![]()

Şərhlər
Cek pot vurubee adam
adam neqliyatda qaz vurub qazan doldurub ))
Məzlumluq edib başlama fəryadə, əkinçi!
Qoyma özünü tülkülüyə, adə, əkinçi!
Bir üzrlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu kəc burma qapımda,
Gahi başına, gah döşünə vurma qapımda,
Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi!
Lal ol, a balam, başlama fəryadə, əkinçi
Keçmiş Nəqliyyat Nazirliyi hansıdı?Dranqulet maşınların kasıb-kusub şoferlərini avtovağzal yan-yörısində görən kimi muzdlu qoçular dəstəsi göndərib onları maşından sürüyüb çıxarıb döydürən nazirlik?Bu adam da o vaxtlar orada rəhbər işçilərdən olub yəni?Həə,belə de dəə.Məlumdu.Ölkəyə xaricdən rəsmi adamlar gəldiyində utanmasa keçib az qala başda oturan o vaxtkı nazir deyilənə görə daha namaz qılır,təsbeh-zad fırradır,elə işlərdən uzaqdı,camaatı döydürə-döydürə qazandığı saysız-hesabsız obyektlərini də pürrəngi çay içə-içə ard-arda aldılar əlindən.Bu da namaza başlayıb görəsən?Yasin oxuyandı?Bu da heç,əsas məsələ odu ki,görəsən əvvəllər varlı olub sonra Nəqliyyat Nazirliyində uzun illər çalışıb,yoxsa Nəqliyyat Nazitliyində uzun illər çalışdığı üçün varlı olub? Çünki,qəribədir,ikisi də o bədnam Nazirliyin rəhbər işçiləridən olub.Birisinin obyektləri namaz qılmağa başlayanda əlindən getdi,o birisinin taxtaları bazar yananda.
Yəqin halalıqla qazanmayıb bu pulları allahda əlindən alıb.Məmur işlədiyi vaxt neçə kasıbın haqqını yeyib görəsən.