Menu

“BAYDEN FİZİKİ VƏ ƏQLİ CƏHƏTDƏN YARARSIZDIR" – Keçmiş konqresmen

27.11.2023, 14:11
“BAYDEN FİZİKİ VƏ ƏQLİ CƏHƏTDƏN YARARSIZDIR" – Keçmiş konqresmen

“Mən üç Prezidentin sağlamlığının qayğısına qalmışam, ona görə də Ali Baş Komandan və dövlət başçısı olmağın nə demək olduğunu bilirəm. Bu, həm zehni, həm də fiziki cəhətdən yorucu işdir. Bu adam bu işi görə bilməz. O, hər gün bizə bu işi bacara bilməyəcəyini sübut edir, amma vəziyyət getdikcə daha da pisləşəcək. Bayden öz vəzifəsini yerinə yetirməyə yaramır. O, ABŞ-ın təhlükəsizliyini böyük risk altında qoyur”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidentləri Corc Buş, Barak Obama və Donald Trampın dövründə Ağ Evdə çalışmış həkim və konqresmen Ronni Cekson deyib.

Cekson qeyd edib ki, Vaşinqtonda güclü lider olmadığı üçün düşmən ölkələr ABŞ-dan qorxmur.

“Biz bu adamın daha dörd il vəzifədə qalmağına imkan verə bilmərik. O, hazırda bizi də böyük risk altında qoyur. Bayden fiziki və əqli cəhətdən vəzifəsini yerinə yetirmək üçün yararsızdır. Onun yaxın çevrəsindən kimsə bunu özünə bildirməlidir”,-deyə o bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol