Menu

“Rusiya Qərb şirkətlərindən Ukraynanın peyk şəkillərini alır” - Politoloq

28.11.2023, 13:29
“Rusiya Qərb şirkətlərindən Ukraynanın peyk şəkillərini alır” - Politoloq

“Rusiya böyük Qərb şirkətlərindən Ukraynanın peyk şəkillərini alır”.

“AzPolitika.info” xəbər verir ki, bunu ukraynalı politoloq Aleksandr Kovalenko deyib.

O, bildirib ki, Rusiya təkcə peyk şirkətləri vasitəsilə deyil, həm də daha böyük bazar oyunçularına rüşvət verməklə Ukrayna ərazilərinin mütəmadi olaraq peyk şəkillərini əldə etməyin asan yolunu tapıb.

Məlum olub ki, Rusiya Ukrayna haqqında məlumat əldə edərkən “birgünlük” şirkətlərdən istifadə edir. Politoloqun sözlərinə görə, Rusiya müvafiq əməkdaşlığı sistem səviyyəsinə çatdırıb.

Ekspert qeyd edir ki, oxşar əməliyyatlar vasitəsilə Rusiya İran vasitəsilə HƏMAS üçün də məlumat alıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol