Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Skopyeyə gedəcəyi ilə bağlı açıqlamalarına baxmayaraq, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilən ATƏT nazirlərinin görüşündə iştirak etməyib.
"AzPolitika.info" «Ukrainskaya Pravda»ya istinadla xəbər verir ki, Borrell əvəzinə iclasda Avropa İttifaqı adından Aİ-nin ATƏT-dəki nümayəndəliyinin rəhbərinin müavini Rasa Ostaruskayte çıxış edib.
O, Rusiya və Belarus Avropada təhlükəsizliyə xələl gətirən hərəkətlərinə görə qəti şəkildə pisləndiyini bildirib.
Çərşənbə axşamı Borrell Skopyeyə gedəcəyini bildirmişdi. Buna görə də Ukrayna, Polşa və Baltikyanı ölkələrin xarici işlər nazirləri görüşü boykot etdiklərini açıq elan etmişdilər.
Bundan əvvəl məlum olub ki, ABŞ Dövlət katibi Antoni Blinken Lavrov gəlməmiş ATƏT-in iclasını tərk edib.
Rüfət
"AzPolitika.info"


Şərhlər