Dünən Haqq Ədalət Partiyasının (HƏP) İdarə Heyətinin iclası keçirilib.
“AzPolitika.info” xəbər verir ki, iclasda təşkilati məsələlərə baxılıb.
Partiya sədri Əli İnsanov çıxışında bildirib ki, HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli 25 noyabr 2023-cü ildə partiyanın nizamnaməsini kobud surətdə pozduğuna görə partiya sıralarından xaric edilib. “Onun məsələsinə baxılması üçün Ali Məclisin növbədənkənar sessiyasının keçirilməsinə ehtiyac var”, - əlavə edib.
Daha sonra toplantıda HƏP Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Yavər Məmmədovun imzası ilə daxil olmuş təqdimat müzakirəyə çıxarılıb. “HƏP Nizami Rayon Təşkilatının sədri Əli Hüseynov dənizdə çalışdığına görə 2 aydan artıqdır ki, partiya iclaslarında iştirak etmir, təşkilatla bütün əlaqələrini kəsib, tam fəaliyyətsizdir. Onun müavini Gülnarə Vəliyeva və Gənclər Təşkilatının sədri Nərmin Vəliyeva da partiya ilə əlaqələrini kəsib, çağırışlara da cavab vermirlər”, - təqdimatda deyilir.
İdarə Heyətinin üzvləri müzakirələrdən sonra HƏP Mərkəzi İcra Aparatının təklifini qəbul edərək hər 3 nəfərin partiya sıralarından xaric edilməsi barədə qərar qəbul edib.
Zəlimxan Məmmədlinin partiyadan xaric edilməsi ilə bağlı onun qaynı Elşad Soltanlı və onun iş yoldaşı Nəzakət İsayevanın ərizələrinə baxılaraq partiya sıralarından çıxarılıb.
Rasim
“AzPolitika.info”


Şərhlər
Bunun jurnalistlərlə davranışı heç yadımdan çıxmır.Adam ümumiyyətlə jurnalisti insan hesab etmirdi.Xalqı təhkiimli kəndli gözündə göürrdü. Yaxşı ki, bunu tutub hovunu aldılar. Varlığı ilə yoxluğu heç bir önəm daşımır.
Kimə lazımdır axı sənin vecsiz partiyan?
Qızıl Külçələr Partiyasında sirkə tünd olub öz qabını sındırmağa başlayıb deyəsən.Başqa nə ilə gündəmə gələ bilər ki?Partiya qurasan,heç bir fəaliyyətin olmaya,dörd-beş dost-tanışla hər gün ofisində ordan-burdan söhbət eləyib gedəsən evə,yatmağa.İldə də bir-iki dəfə Facebookda qısa məlumat verəsən bəlli yerləri gedib ziyarət etdiyin barədə.Vəssalam.Özfəaliyyətimiz bundan ibarətdi,balam heeey.Yaş da keçib,bu gün sabah səksən olacaq,külçələrdən xəbər yox,illər də gəldi keçdi qaytarmadılar,vəzifə verən də yox,heç olmasa zamministrdən-zaddan ki,büdcənin bir qırağından biz də xımır-xımır yeyək. Dinimiz yox,imanımız yox,qorxumuz-hürkümüz yox deyə ən yağlı vəzifələrə iddialıyıq.O biri məmurlar necə,biz də eləcə.Xalqın dərisini soya-soya varlanmağın əlifbasını yazmışam qabaqlar.A məhkəmə,hamıya pul verirsən,mənim də külçələrimi ver,çıxım gedim dəə.”Adə rədd ol burdan,bir abbası-bir abbası.Asqıra-asqıra partiya qurmaqdansa öskürə-öskürə nəvə-nəticəylə bulvarda gəzmək yaxşıdı”.