Ermənistanda sürücülük vəsiqələri həmişə satılıb və satılacaq.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu dekabrın 1-də “Yol təhlükəsizliyinin təmin edilməsində polisin rolu” mövzusunda keçirilən müzakirədə hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Sisak Qabrielyan deyib.
“Bizim vəzifəmiz bununla mübarizə aparmaqdır. Vaxtilə 2018-ci ilə qədər müraciət edib sürücülük vəsiqəsi alanların sayını öyrənmişdik. Xüsusən də regionlarda müraciət edənlərin 97 faizi lisenziya alıb. İndi bu rəqəm 15-20% azalıb. Bu o hal deyil ki, insanlar bir gün yuxudan oyanıb imtahandan keçə bilməyiblər”, - Qabrielyan bildirib.
Öz növbəsində “Məlumatlı Vətəndaşlar İttifaqı” QHT-nin proqram koordinatoru Daniel İoannisyan maraqlı fakt təqdim edib. “İndi ən yüksək faiz qeydiyyat imtahanı şöbəsindədir, onun rəhbəri polis rəisi Aram Hovhannisyanın oğludur. Mən nəticə çıxarmıram, heç nəyə işarə etmirəm, bunlar bizdə olan xalis statistikadır”.
Qabrielyan sözünə davam edərək qeyd edib ki, əgər 2018-ci ilə qədər sürücülük vəsiqəsinin alınması qiyməti təxminən 100 min dram (250 ABŞ dolları - red.) idisə, bugünkü inflyasiya ilə 150-180 min olmalı idi, amma bu gün onun bildiyinə görə, qiymət 400-600-700 min dram arasında dəyişir (1000-1500- 1750 ABŞ dolları - red). “Və son anda deyə bilərlər: heç nə alınmır. Bu rəqəmlər göstərir ki, bu sahədə ciddi irəliləyişlər əldə edilir”, - deyə deputat yekunlaşdırıb.
Rüfət
AzPolitika.info


Şərhlər
bizde ?