Ötən ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi dramatik, qorxulu və şiddətli döyüş anları ilə yanaşı, maraqlı epizodlara da səhnə olur.
“AzPolitika.info” xəbər verir ki, sözügedən maraqlı görüntülərdən biri də Ukrayna cəbhəsində qeydə alınıb.
Belə ki, ukraynalı hərbçinin rus əsgərləri ilə şiddətli qarşıdurma zamanı yanından keçən güllələrə əhəmiyyət vermədən rahat şəkildə kofe içməsi böyük marağa səbəb olub.
Ukraynalı əsgərin bu cür çətin bir vəziyyətdə səngərdə kofe içməsi sosial şəbəkələrdə gündəm olub.
Həmin videonu təqdim edirik:

Şərhlər