Milli Məclisin deputatı Aqil Abbas səhhətində yaranan problemdən, müalicəsindən danışıb.
APA xəbər verir ki, Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında deyib ki, xəstəliyi ilə bağlı məsələni heç kimə deməyib.
“Mənim səhhətimlə əlaqədar Vətəndən uzaqda olanda məni axtardınız, tapdınız, danlandınız ki, kömək etmək, yardım etmək məsələsini niyə deməmisiniz. Mən ailəmdən başqa heç kimə deməmişəm. Bunu sizə bildirəndə siz də dediniz ki, Milli Məclis sənin ailən deyilmi? Bu, mənə bir şapalaq kimi dəydi. Haqlısınız, Milli Məclis bizim ailəmizdir. Buna görə sizə, bütün deputat dostlarıma təşəkkür edirəm. Bir də üzr borcum var. O gün 18 ildə ilk dəfə qanunu pozub ayaq üstdə durub danışdım. Buna görə də sizdən və deputat həmkarlarımdan bu hərəkətimə görə üzr istəyirəm”, - deyə deputat bildirib.
Spiker Sahibə Qafarova isə cavab olaraq Milli Məclisi həmişə ailə kimi gördüyünü bildirib: “Ayaq üstdə danışmağınıza görə isə üzr istəməyin. İndiyədək çoxları burada ayaq üstdə danışıb”.


Şərhlər
Əzizim baxtı yarım.Baxtımın taxtı yarım.Üzündə şapalaq yeri var.Səni kim şapalaqladı yarım.
Əlbəttə,hətta ən qart düşmənlər 18 il bir dam altında işləsələr,yaşasalar dönüb bir ailə içindəki kimi doğma,səmimi olarlar.Nazirliklər də,idarə-təşkilatlar da elədir.Körfəz ölkələrindəki kimi.Adam 30 yaşında nazir olub 40 il nazirlik eliyibsə daha o nazirlik onun dost-doğmaca ikinci evi olmuş olur,meyidini də nazirlikdən birbaşa gorustanlığa aparacaqlarsa demək ömrünü evindən çox nazirlikdə keçirib,kabinetinin arxasındakı “həyat kabineti”ndə yeyib içib,yatıb dincəlib,ayaqları ağrıyanda divanda uzanmış halda ayaqlarını divara qaldırıb,tək öskürüb cüt asqırıb,yaşayıb yəni.İdarələrin ayrı-ayrı ailələr olduğunu deputat kimi bilməyə billərdi,belə ki deputatlar xalqın güzəranıyla yox yalnız cərimə qaydalarıyla maraqlanan adamlardı,amma bir ədəbiyyatçı bunu bilməliydi axı,ənazı o sözlərin şapalaq kimi dəyməməsi üçün.Bu kiçik intervyüdə xoş olan o oldu ki,heç demə deputatlar bir-birləriylə yardımlaşa bilirlərmiş,millətə maaş-pensiya məsələsində yardım etməsələr də.Birisi ortalıqda görünmədikdə,müalicə və ya şirkət məsələləri üçün Vətəndən uzağa getdikdə axtarıb tapırmışlar ki,niyə deməmisən,yardım edərdik,şərik olardıq.Aaaa!A balam,niyə şərik olursan?Şirkət açıb ki bu adam?”Yox ee,nə şirkət,dərdinə şərik olardıq,yəni”.Həə.O ayrı.Xəzər lövhələri.Mənə dəniz verin,qırağına hasar çəkim.
18 il bir yerdə boş-boşuna oturmaq tibbi cəhətdən ziyandır, düz edib ayaq ustdə "çıxış" etmisiniz, hərdən hərəkət də etmək lazımdır....
”Qırx il səssiz deputat kimi öskürə-öskürə oturmaqdansa bir gün Məşdibadın hambalı kimi ayaqüstə asqırmaq yaxşıdı”.(Babək,seçilmiş əsəsrləri 56-cı cild,səh.413).
18 il ərzində oturaq və ya ayaqüstə Aqil Abbasdan bir normal bir söz eşidən olubsa xahiş edirəm xatırlatsın. İndi bu nəyin üzürün edir. Bu konteksdə Aqil gərək qalan ömrünü üzür istəməklə keçirsin....
Gurultulu alqışlar !!!
Bir sözlə Aqil mūəllim vaxtdı gedib dincəlməyin məsləhətdi.
Milli Məclisin deputatlarının neçəsi Naxçvan əsllidir və hansı şəhər və rayonlardan deputat yazılıblar? Şəhər və rayon əhalisi necə tanımadığı.görmədiyi.təmasda olmadığı,fəaliyyətindən bixəbət olduğu halda həmin şəxsə müsbət rəy verə bilər?Belə halın baş verməsi MSK və onun işinin saxta olduğunu sübita yetirən danımaz sübut deyilmi?Belə tərkibli MSK ilə seçki keçirməyin nə vəd etdiyini düşünməyə o qdər də ağıl rələb olunmaz.Odur ki, ölkədə seşkiyə münasibət dəyişməlidir.zərbaycan təkçə Naxçıvandan ibarət deyil!