Menu

"ABŞ müharibəni bitirmək üçün İsrailə 1 ay vaxt verib" - "The Times"

09.12.2023, 12:22
"ABŞ müharibəni bitirmək üçün İsrailə 1 ay vaxt verib" - "The Times"

ABŞ dövlət katibi Antoni Blinken İsrail rəsmilərinə Qəzzada müharibənin bir ay ərzində bitəcəyini gözlədiyini bildirib.

"AzPolitika.info" xəbər verir ki, ötən həftə İsrailə səfəri zamanı rəsmilərlə danışan Blinken ABŞ-ın İsrail Silahlı Qüvvələrinin Qəzzada HƏMAS-ı məhv etmək səylərini dəstəkləməyə davam edəcəyini bildirib.

Lakin adı açıqlanmayan mənbələr "The Times"-a bildiriblər ki, prezident Co Bayden Qəzzanın mülki əhalisinə dəymiş ziyanı nəzərə alaraq, İsrail ordusuna məqsədlərinə çatmaq üçün yanvarın əvvəlinə qədər vaxt verib.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, HƏMAS-ın sərhədyanı hücumuna cavab olaraq İsrailin Qəzzanı atəşə tutmağa başladığı 7 oktyabrdan bəri 17170-dən çox fələstinli ölüb, 46 mindən çox fələstinli yaralanıb.

"AzPolitika.info"

Şərhlər

ƏNHU 2023-12-09 20:51:55

Amerika bununla İsrailə onu demək istəyir ki, bir ay ərzində nə qədər bacarırsınızsa müsəlman ərəb öldürün. Sonrasına baxarıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol