Çin Prezidenti Si Cinpinin istifadə etdiyi avtomobilin sınaq testi hər kəsi təəccübləndirib.

“AzPolitika.info” xəbər verir ki, Cinpinin istifadə etdiyi elektrikli avtomobil sürəti və vizual görünüşü ilə yanaşı dayanıqlığı ilə də diqqət çəkir. Çinli tədqiqatçıların bu avtomobil üzərində kçeirdikləri sınaq da bunu təsdiqləyib.

Belə ki, tədqiqatçılar test üçün yüksəklikdən top şəklində olan alovlu dəmir parçasını avtomobilin üzərinə atıblar. Bu zaman avtomobilin qapı hissələrində kiçik deşiklər və içəriyə doğru cüzi cızıqlar yaransa da, nəqliyyat vasitəsi ciddi ziyan görməyib. 

Belə bir güclü zərbədən sonra avtomobilin hələ də istifadəyə yararlı vəziyyətdə olması hər kəsi heyrətə salıb.

“AzPolitika.info”