Rusiya Prezidenti Vladimir Putinin bu gün baş tutan geniş mətbuat konfransı maraqlı bir hadisə ilə yadda qalıb.

“AzPoitika.info” xəbər verir ki, konfrans zamanı Sankt-Peterburq Dövlət Universitetinin tələbəsi tərəfindən dövlət başçısına süni intellekt vasitəsilə hazırlanan  sual ünvanlanıb.

Belə ki, süni intellektdən istifadə etməklə yaradılan personajın xarici görünüşü, səsi və üz ifadələri Putinlə birə-bir eyni olub. Putinə bu tərzdə ünvanlanan sual zalda əyləşənlərin də böyük marağına səbəb olub.

Putin süni intellektlə bağlı sualı cavablandırmazdan əvvəl bunları deyib:“Yeri gəlmişkən, bu mənim ilk oxşarımdır. Görürəm ki, sən mənim kimi olub mənim səsimlə danışa bilərsən. Fikirləşdim və qərara gəldim ki, yalnız bir nəfər mənim kimi olmalı və mənim səsimlə danışmalıdır. O adam da özüm olacam”.

Rusiya lideri daha sonra süni intellektin yaratdığı təhlükədən bəhs edib.

“AzPolitika.info”