Menu

İsrailin Hizbullaha qarşı yeni müharibə başlamasına ehtiyac yoxdur - Baydenin müşaviri

15.12.2023, 15:52
İsrailin Hizbullaha qarşı yeni müharibə başlamasına ehtiyac yoxdur - Baydenin müşaviri

«Hizbullah «hərəkatının Livan ərazisindən yaratdığı təhlükələri aradan qaldırmaq üçün İsrail hakimiyyətinin yeni müharibəyə başlamasına ehtiyac yoxdur.

«AzPolitika.info» saytı TASS-a istinadla xəbər verir ki, bu fikri ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib."Biz inanırıq ki, şimaldan təxliyə edilən İsrail vətəndaşları öz evlərinə qayıtmalı və bunu təhlükəsizlik hissi ilə etməlidirlər. Bu, sərhədin əks tərəfindən gələn təhlükə ilə mübarizə aparmaq deməkdir. Amma biz də inanırıq ki, bu təhlükə diplomatiya yolu ilə həll olunsa, yeni müharibəyə başlamağa ehtiyac yoxdur”, - deyə o, Tel-Əvivdə keçirdiyi mətbuat konfransında bildirib.Rüfət"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol